Son 15 ildə ABŞ Gürcüstana dörd milyard dollardan çox maliyyə yardımı göstərib

12.11.2018 16:21     Ecoreaksiya     864

ABŞ hökuməti Gürcüstanda qeyri-hökumət təşkilatlarının inkişafına18,5 milyon dollar maliyyə yardımı ayırıb.
 
AZƏRTAC xəbər verir ki, bu barədə USAİD-in beynəlxalq inkişafla bağlı hesabatında məlumat verilib.
 
Məlumatda bildirilir ki, Gürcüstan əhalisinin 20 faizə yaxını yoxsulluq həddində yaxındır.
 
Ayrılacaq vəsaitin iqtisadi inkişafa yönəldilməsi nəzərdə tutulub.
 
Məlumatda, həmçinin qeyd edilir ki, 1992-ci ildən 2017-ci ilin sentyabr ayınadək USAİD Gürcüstana 1,5 milyard dollar həcmində maliyyə yardımı göstərib. ABŞ hökuməti isə həmin illər ərzində Gürcüstana dörd milyard dollardan çox maliyyə yardımı göstərib.
 
Gürcüstan maliyyə yardımı göstərən digər ölkələr sırasında ikinci yerdə Fransa dayanır. Fransanın İnkişaf Agentliyi Gürcüstan hökumətinə 2019-cu ildə sosial sahədəki islahatların dəstəklənməsi məqsədilə 35 milyon avro maliyyə yardımı ayırıb.
 
Maliyyə yardımı noyabrın 8-də Agentliklə Gürcüstan hökuməti arasında imzalanmış Memorandum əsasında ayrılıb.
 
Fransa İnkişaf Agentliyi ilə Gürcüstan hökuməti arasında imzalanmış müqaviləyə əsasən agentlik Gürcüstana sosial islahatlarla bağlı hazırlanmış 3 illik proqramın icrasına 105 milyon avro maliyyə yardımı ayıracaq.
 
Məlumat üçün qeyd edək ki, Fransa Müdafiə Nazirliyi bu günlərdə Gürcüstanda silahlı qüvvələrin modernləşməsinə daha 18 milyon maliyyə yardımı ayırıb.

Şərhlər