Neft emalı sənayesində korroziyaya qarşı yeni texnologiyalar tətbiq olunacaq

11.04.2019 13:26     Ecoreaksiya     1095

Qazaxıstanın neft-kimya və neftayırma sənaye avadanlığının korroziyasına qarşı vasitələr sahəsində ixtisaslaşan “Raim Group Caspian” şirkəti “General Electric” istehsalı olan “AmStar” əks-korroziya texnologiyasının Azərbaycan, Qazaxıstan və Özbəkistanda tətbiqi barədə Azərbaycanla lisenziya sazişi imzalayıb.

“Report” Qazaxıstan KİV-ə istinadən xəbər verir ki, “Raim Group Caspian”ın mətbuat xidmətinin bu barədə məlumatına görə, “GE AmStar” texnologiyası yüksək hərarətə və aşılanmaya məruz qalan avadanlıq üzərinə yüksək sürətlə termik toz səpməsi yolu ilə qoruyucu təbəqə yaratmaqdan ibarətdir. Bu da avadanlığın istifadə müddətini əhəmiyyətli dərəcədə artırmaq imkanı yaradır. 

Sözügedən texnologiyanın mühüm xüsusiyyəti olan qurğunun bilavasitə çalışan hissəsinə təbəqə taxmaqdan ibarətdir, əməliyyat başa çatan kimi də avadanlıq istismara qaytarıla bilər. Həm də əməliyyatın aşağı hərarətdə yerinə yetirilməsi sayəsində avadanlığın səthi hər hansı deformasiyaya məruz qalmır.

Reaksiya.az

Şərhlər