Yaxın 3-5 il ərzində Xəzər regionunda neft hasilatı 170 mln. tona çatacaq

Yaxın 3-5 il ərzində Xəzər regionunda hasil edilən neftin həcminin 20 mln. tona yaxın artacağı gözlənilir.

ONA-nın məlumatına görə, bunu SOCAR-ın IV Beynəlxalq "Xəzər və Mərkəzi Asiya: Ticarət, Logistika, Neft emalı, Neft-kimya" forumunda çıxış edən “Transneft-Servis” şirkətinin rəhbəri Maksim Muraşko bildirib.

Onun sözlərinə görə, hazırda Xəzər regionunda neftin illik hasilatı 150 mln. tona yaxındı. “Proqnozlara əsasən, yaxın 3-5 il ərzində bu həcmin 170 mln. ton olacağı gözlənilir ki, bu da regiondan ixrac edilən neftin həcminə öz təsirini göstərəcək. Xəzər regionundan ildə 116 mln. ton neft ixrac edilir. Əsas ixracatçılar sırasında Azərbaycan və Qazaxıstan yer alır”, - deyə M. Muraşko qeyd edib.

Reaksiya.az

Advertisement Banner

Şərhlər