Trans-Adriatik Boru Kəməri (TAP) ilk qazın verilməsinə hazırdır

Trans-Adriatik Boru Kəməri (TAP) gələn il ilk qazın verilməsinə hazırdır.

Bunu TAP-ın İdarəetmə Direktoru Luka Skeppati deyib.

Onun sözlərinə görə, texniki baxımdan istismara hazırlığa və işə başlamağa keçməzdən əvvəl konsorsium yer hissəsini tamamlamağa çalışır: "Eyni zamanda, konsorsium ötürmə sistemi operatoru və müstəqil nəqliyyat operatoru kimi ticari əməliyyatları idarə etməyə hazırlaşır. Bundan əlavə, konsorsium ticarət səviyyəsində üç ölkədə fəaliyyət göstərmək üçün bir sıra lisenziyaları səlahiyyətli orqanlardan əldə etmək üçün addımlar atır".

Direktor daha sonra qeyd edib ki, bu ilin sonuna qədər Yunanıstan və Albaniyadakı boruların yüz faizi torpağa basdırılmalıdır:

"TAP Avropanın aşağı karbonlu iqtisadiyyata keçməsinə kömək edəcək, enerji mənbələrini şaxələndirəcək, rəqabət qabiliyyətini artıracaq və qaz şəbəkələrini yaxşılaşdıracaq. TAP-ın Yunanıstan-Bolqarıstan İnterconnector (IGB) kimi digər əsas infrastrukturlarla təmin edəcəyi əlaqə yeni bir qaz mənbəyinə çıxışı təmin edəcək. Hazırda tək mənbədən asılı olan regional bazarlar və bu gün bu mənbəyə çıxışı olmayan ölkələrə qaz tədarükü təmin ediləcək".

Qeyd edək ki, dəyəri 4,5 milyard avro məbləğində ölçülən TAP “Cənub Qaz Dəhlizi” layihəsinin tərkib hissəsidir.(trend)

Reaksiya.az

 

Advertisement Banner

Şərhlər

Çox oxunanlar