BVF və Dünya Bankı Azərbaycanın maliyyə sektorunun növbəti qiymətləndirilməsini aparacaq

29.06.2020 15:06     Ecoreaksiya

Dünya Bankı və Beynəlxalq Valyuta Fondunun (BVF) nümayəndələrinin iştirakı ilə Azərbaycanın maliyyə sektorunun növbəti – üçüncü qiymətləndirilməsi (FSAP) aparılacaq.

Bu barədə "APA-Economics"ə BVF-dən bildirilib.

Fonddan verilən məlumata görə, Dünya Bankı FSAP çərçivəsində yer alacaq İnkişaf Moduluna rəhbərlik edəcək. Modul maliyyə sabitliyi də daxil olmaqla maliyyə sektorunun səmərəliliyi və inkişafı ilə bağlı məsələləri əhatə edəcək: "Biz Azərbaycanın maliyyə sisteminin inkişafı və sabitliyini yoxlamaq məqsədilə ölkə hökuməti və Dünya Bankındakı həmkarlarımızla sıx əməkdaşlığa ümid edirik".Fonddan həmçinin bildidilib ki, Azərbaycan hökuməti ölkənin maliyyə sektorunun 3-cü qiymətləndirilməsini (FSAP) həyata keçirmək üçün BVF-yə və Dünya Bankına sorğu göndərib.

Bundan öncə maliyyə sektorunun qiymətləndirilməsi 2003-cü və 2015-ci illərdə aparılıb.

Reaksiya.az

 

 

Advertisement Banner

Şərhlər