Tovuzda 22 yaşlı oğlan bıçaqlanıb

20.11.2017 10:51     Sosreaksiya     1619

Tovuz rayonunda bıçaqlanma hadisəsi baş verib.

Hadisə rayonun Qovlar qəsəbəsində olub.

Qəsəbə sakini, 2000-ci il təvəllüdlü - Hüseynov Rəşad Elşən oğlu qəsəbə sakini, 1995-ci il təvəllüdlü Quliyev Hüseyn Kəmaləddin oğlu ilə mübahisə edib. Mübahisə davaya çevrilib. Nəticədə R.Hüseynov H.Quliyevi bıçaqlayıb.

Yaralı xəstəxanaya çatdırılıb və həkimlərin səyi nəticəsində onun həyatını xilas etmək mümkün olub.

Tovuz rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən R.Hüseynov saxlanılıb.

Faktla bağlı Tovuz rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 126-cı (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsilə cinayət işi başlanıldi.

Reaksiya.az

Şərhlər