Sabunçuda maskalı şəxslər evə basqın ediblər

21.04.2018 12:52     Sosreaksiya     1452

Sabunçu rayonunda evə basqın edilib.

Bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Belə ki, aprelin 20-də Sabunçu rayonunun Maştağa qəsəbəsinin sakini Nəcəfəli Ağayevin evinə girmiş 3 maskalı şəxs onu və arvadı Məsməxanımı bıçaq və dəyənəklə hədələyib pul və qızıl əşyalar vermələrini tələb ediblər. Daha sonra onlar istədiklərinə nail ola bilmədiklərindən N.Ağayevi döyüb, habelə ayaq nahiyəsinə bıçaqla xəsarət yetirib hadisə yerini tərk ediblər.

Sabunçu Rayon Polis İdarəsinin (RPİ) 42-ci Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən həmyerliləri, əvvəllər məhkum olunmuş Sahib Həşimov, Qurbanqulu Hüseynov və Seymur Hüseynov saxlanılıb.

Onlardan maddi sübut olaraq ip, əlcək, idman taxtaları və bıçaq götürülüb.

Reaksiya.az

Şərhlər