Ölüm təhlükəsi olan xəstəliklər

30.03.2016 16:40     Maraqlı     1519

Dünyada ən çox rast gəlinən və ölümə səbəb olan xəstəlik, infarktdır.

Ağciyər və prostat vəzi xərçəngi də ölümə səbəb olan xəstəliklər siyahısında yer alır.

Ürək xəstəlikləri – hər 3 saniyədə bir nəfər ürək çatışmazlığıdan əziyyət çəkdiyi üçün dünyasını itirir. Alimlər bu ölümlərin 80 faizinin qarşısını almağın mümkün olduğunu düşünür. Gündə 2 stəkan təbii çiçək çayı içmək ürək xəstəliyi riskini 25 faiz azaldır.

İflic – kişilərin hər 5 nəfərindən 1-i iflic təhlükəsi daşıyır. Bu halların yarısından çoxu ölümlə nəticələnir. İspanaq yeyənlər 30 faiz iflicdən uzaq olur.

Ağciyər xərçəngi – ağciyər xərçəngi ən ölümcül xəstəlikdir. Siqaret çəkməyənlərin 90 faizi bu xəstəliyə tutulmur. Siqareti tərgidənlər isə 70 faiz bu xəstəlik riskindən uzaq olur. Fındıq yemək bu xəstəliyi 48 faiz azaldır.

Bağırsaq xərçəngi –vaxtında müalicə edilərsə, sağaltmaq mümkündür. Bol su içib az yemək bağırsaqları daha sağlam edir.

Tənəffüs yolları –hər il bronxit və tənəffüs yolu xəstəliklərindən 3 milyon insan ölür. Kivi isə möcüzəvi şəkildə tənəffüs yollarını qoruyur.

Prostat xərçəngi – kişilərin prostat xərçənginə tutulma riski digər xərçəng xəstəliklərindən daha yüksəkdir. Normal cinsi həyat və acı bibər bu xəstəlikdən qoruya bilir.

Qaraciyər –içki qəbul edənlərdə qaraciyər probleminə daha çox rast gəlinir. Bu hal isə çox zaman ölümlə nəticələnir. Spirtli içkilərdən uzaq olanlar 85 faiz, içkini tərgidənlər isə 60 faiz qaraciyərini təmiz saxlayır. Tərəvəzlərlə qidalanmaq xəstəliyə tutulma riskindən uzaqlaşdıra bilir.

Böyrək xəstəliyi –tək böyrəklə yaşamaq mümkündür. Amma 1970-ci ildən bəri böyrək çatışmazlığından ölənlərin sayı hər il iki qat artır. Somon balığının tərkibindəki vitaminlər böyrəkləri qoruyur.

(Alodoctor.az)

Şərhlər