Reyhan çayının faydaları

30.07.2016 00:54     Maraqlı     1737

Yeməklərdə ədviyyat kimi istifadə etdiyiniz yaşıl reyhanın nələrə faydası olduğunu bilirsinizmi?

Milli.Az lent.az-a istinadən bildirir ki, reyhandan qida sənayesində geniş istifadə edilir. Ondan müxtəlif içkilərin və sousların hazırlanmasında, sabun və şampunların düzəldilməsində istifadə edilir.

Sizə reyhanın çayının bilmədiyiniz xüsusiyyətləri barədə danışmaq istəyirik.
Reyhan çayı aşağıdakı xüsusiyyətlərə malikdir:
* antioksidantdır
* mədə ağrısını sakitləşdirir
* həzm sistemini normallaşdırır
* ağız yaraları zamanı istifadə edilir

Reyhan çayı necə dəmlənir?
Reyhan çayı dəmləmək üçün reyhanın həm qurusundan, həm də təzə reyhanın yarpaqlarından istifadə edilir.
Təzə reyhandan çay dəmlənən zaman 250 ml qynar suya 2 xörək qaşığı xırda doğranmış reyhan əlavə edilib, 4-5 dəqiqə sonra süzülüb içilir.
Qurudulmuş reyhanı dəmləyən zaman isə 4 çay qaşığı quru reyhan 250 ml qaynar suya əlavə edilib 10 dəqiqə dəmlənməlidir.

Reyhan çayı K və A vitaminləri ilə zəngindir. 2 xorək qaşığı reyhanla dəmlənmiş çay orqanizmin A vitamininə olan ehtiyacının 6%-ini, K vitamininə olan ehtiyacının 27%-ini, kalsium ehtiyacının 1%-nı, dəmirə olan ehtiyacın 1%-ini ödəyir. Bundan əlavə mədədə olan narahatçılıq hissini aradan qaldırır, dəri xəstəliklərinin müalicəsində faydası böyükdür. Hindistanda fitoterapiya sənayesində astma və diabet xəstəliklərinin müalicəsi üçün tədarük edilir.

 

Reaksiya.az

Şərhlər