Fransada plastik qablardan istifadəyə qadağa qoyulub

19.09.2016 00:36     Maraqlı     1333

Fransada 2020-ci ildən yemək yemək və yemək saxlamaq üçün istifadə edilən plastik qablardan istifadə edilməyəcək.
 
APA-nın Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bununla bağlı Yaşıllar Partiyasının müəllifi olduğu qanun parlamentdə qəbul edilib.
 
Birdəfəlik istifadə edilən plastik qablar da 2020-ci ildən istifadə edilməyəcək. Plastik qablarla bağlı qadağaya səbəb isə onların xərçəngə yol açması ilə bağlı araşdırmalardır.
 
Xatırladaq ki, bu ilin əvvəlindən Fransada supermarketlərdə plastik torbaların da satışına qadağa qoyulub.
 
 

Şərhlər