Gözaltı qaralardan xilas olun - MASKA

20.09.2016 00:47     Maraqlı     1347

Karbonat (soda) çox güman ki, hər evdə olan universal ərzaqlardandır. Soda yalnız şirniyyatların bişirilməsində deyil, həm də təmizlik, müalicə, bədənə və üzə qulluq vasitəsi kimi də istifadə edilir. Əlbəttə, sadə, adi bir ərzağın bu qədər effektə malik olmasına inanmaq çətindir.
 
Milli.Az lent.az-a istinadən gözaltı qaraların həlli üçün sadə formul təqdim edir. Artıq gözaltına tonal krem vurmağa ehtiyac qalmayacaq.
 
Resept 1.
 
5 qram istənilən gözaltı krem
1 çimdik soda
 
Sodanı kremlə qarışdırın və gözaltına çəkib 10-15 dəqiqə saxlayın, sonra isti su ilə yuyun.
 
Resept 2.
 
1 çay qaşığı soda
1 stəkan isti su, ya da çay
 
Bütün bunları qarışdırın. Makiyaj pedlərini qarışıma batırıb gözaltına qoyun və 15 dəqiqə saxlayın. Yuyun və nəmləndirici krem vurun.
 
 

Şərhlər