“O, dünyanı dəyişəcək” - Vanqanın Putin haqda ŞOK PROQNOZU

20.09.2016 09:04     Maraqlı     1804

Ötən əsrin ortalarında bəşəriyyətin taleyi ilə bağlı səsləndirdiyi bir çox proqnozları doğru çıxan məşhur görücü Vanqa 2016-cı ildən sonra dünyanın siyasi mənzərəsinin dəyişəcəyini də ehtimal edib. 
 
Kor kahinin gələcəklə bağlı verdiyi proqnozlar arasında dünyanın ən böyük dövlətlərindən biri olan Rusiyanın prezidenti Vladimir Putin haqqında da öngörü var.
 
 
Moderator.az xəbər verir ki, Vanqa gələcəklə bağlı proqnozlarında XXI əsrdə meydana çıxacaq bir Vladimirin dünyanın siyasi gedişatını dəyişəcəyini deyir. Kor kahin bu prosesin hansısa dövlətə olan hücumundan sonra başlayacağını vurğulayıb. Vanqanın həyatını, ona aid olan sirləri araşdıran xüsusi qrup bu şəxsin məhz Rusiya lideri Vladimir Putin olduğunu yekdilliklə qeyd edirlər. Onların sözlərinə görə, Putinin Gürcüstana hücumu dünyanın yeni siyasi düzəninin başlanğıcı oldu ki, Vanqa da proqnozlarında buna işarə edirmiş...
 
 
Qeyd edək ki, Vanqanın proqnoz verdiyi liderlər arasında Hitler, Mussolini, Stalin, Buş, Obama, İndira Qandi və başqaları da olub.
 
Onun 1992-ci ildə, ölümündən 4 il əvvəl qəzetlərin birinə verdiyi müsahibəsində “ bir gün gələcək Ağ Ev qaraya bürünücək, ora qara başçı gələcək”  sözləri Obama ilə bağlı proqnozları doğrultmuşdu.
 
Onun İndira Qandi haqqındakı proqnozu sonradan doğru çıxanda bütün insanlar təəccüblənmişdilər. Vanqa xanım Qandinin Hindistanın başına keçəcəyini, lakin bu postda çox qalmayacağını bildirmişdi. Hətta ölüm səbəbinin də paltarı ilə bağlı olduğunu qeyd etmişdi. Eynilə o cür də olur. 1984-cü ildə televiziya kanalına müsahibə verən zaman fiziki görkəminin pozulmaması üçün paltarın altından gülləkeçirməz jilet geyinmir. Elə o əsnada da, atılan güllə onun həyatına son qoyur.
 
 

Şərhlər