Hacı Zeynalabdin Tağıyev erməni milyonçunun xahişini eşitmədi - Bu, millət məsələsidir...

22.09.2016 23:26     Maraqlı     1654

Bakı şəhərində erməni milliyətinə məxsus olan Lalayev karxana sahibi idi. Lalayev var – dövlətinin çoxluğundan hədsiz dərəcədə harınlayır. Belə ki, ermənilərin məclisində müsəlman tayfalarının adı gələndə o, ermənilərə müraciətlə deyir ki, sizə ar olsun, müsəlman adı gələndə titrəyirsiniz. Müsəlmanlar kimdir ki, onlardan belə qorxursunuz? Mən müsəlmanları bir milçək və qarışqa hesab edirəm. Onlar od olsalar da özlərini yandıra bilməzlər.
 
Sabunçulu Ağa Rəzi öldürüldükdən sonra Bakıda baş verən iğtişaşlar zamanı hər tərəfi tüfəng və müsəlman igidlərinin nərəsi bürüyür. Həmin vaxtı Lalayev qabaqcadan evində topladığı silahları işə salır. O, yaratmış olduğu 20 – 30 nəfərdən ibarət erməni quldur dəstəsini müsəlmanları qırdırmaq üçün istiqamətləndirir. Lalayevin əmri ilə evinin bütün qapı – pəncərələri bağlanır və həmin quldur dəstə evin ətrafında keşik çəkərək yoldan keçən müsəlmanlara atəş açırlar. Həmin gün qarabağlı Tağı bəy Şirin bəy oğlunu qardaşı oğlanları qonaq çağırır. Tağı bəy faytonla Lalayevin evinin yanından keçərkən onun da faytonu ermənilər tərəfindən atəşə tutulur. Hadisə nəticəsində Tağı bəy güllə yarasından dünyasını dəyişir. Faytonçu isə ağır yaralanır.
 
Bu vaxt Bakı əhalisi arasında böyük şöhrət qazanan Ağakərim adlı igid oğlan öz silahlı dəstəsi ilə Bakı küçələrində gəzərək müsəlmanlara atəş açan erməniləri bir – bir güllələyir. Nəhayət Ağakərimin dəstəsi Lalayevin evinin yanına gəlib çatırlar. Ağakərim öz dəstəsini iki yerə bölüb birinə Lalayevin evini divarlar arxasından atəşə tutmasını, digər hissəsinə isə külüng – balta və lomla evin darvazasını açmaq əmrini verir. Ağakərimin dəstəsi Lalayevin otağına daxil olur. Ağakərim irəli gəlib deyir:
 
- Allah saxlasın, keyfin necədir? O müsəlmanları ki, qarışqa hesab edirdin, indi hər biri şirə dönüb qulluğuna gəliblər.
 
Lalayev tir – tir əsərək deyir:
 
- Qələt eləmişəm, məni bağışlayın. Bu gün bəxşiş günüdür, öz zəhmətinizin əvəzində nə qədər bəxşiş lazımdır götürün. Ancaq məni öldürməyin.
 
Ağakərim deyir ki, biz bura pula görə gəlməmişik. Biz millət yolunda pula satılanlardan deyilik.
 
Lalayev Hacı Zeynalabdin Tağıyevin yanına bir adam yollayaraq özünün xilas edilməsini xahiş edir. Hacı deyir ki, bu mənə dəxli olmayan işdir. Bu millət məsələsidir, mən nə deyə bilərəm?
 
Beləliklə Ağakərim Lalyevi güllələyərək evinə od vurub yandırır. Lalayevin evində çoxlu silah – sursat olduğu üçün evdə partlayışlar başlayır. Lalayevin azyaşlı qızına toxunmadan Hacı Zeynalabdinin qızlar məktəbində etibarlı adamlara tapşırırlar.
 
Yazıda Mir Möhsün Nəvvabın “1905 – 1906 – cı illərdə erməni – müsəlman davası” kitabından istifadə olunub.
 
 

Şərhlər