Orqanizmi payıza hazırlayan 12 faydalı qida

29.09.2016 00:48     Maraqlı     1492

Payızın gəlişi, mövsüm dəyişikliyi, hava temperaturunun aşağı düşməsi immunitet sistemini zəiflədir. Bu zaman bir çox insan qripdən, soyuqdəymədən əziyyət çəkir.

Lakin ətrafınızda heç xəstələnməyənlər də yəqin ki, var. Onların bunu necə etdiyini bilmək istəyirsiniz?

Publika.az-ın sağlamlıq bölməsi immuniteti gücləndirən qidaların siyahısını təqdim edir:

1. Brokkoli

C və E vitamini anbarı olan brokkoli immuniteti gücləndirir. Qida rasionunda tərəvəzlərin üstünlük təşkil etdiyi şəxslər nadir hallarda xəstələnirlər.

2. İspanaq

A, B, C, E vitaminləri, kalsium, maqnezium baxımından zəngin olan ispanaq infeksiyaların qarşısını alır, immuniteti gücləndirir.

3. Sarımsaq

Tərkibindəki antioksidantlar immun sistemini dəstəkləyir. Daha təsirli olması üçün doğramamış və bişirilməmiş şəkildə yeyilməlidir.

4. Balqabaq

Balqabaq payız mövsümünün ən faydalı bostan bitkisidir. C vitamini və E vitaminlərilə zəngin olan balqabağın tərkibində sağlamlığımız üçün lazım olan dəmir, kalium kimi vacib minerallar da var.

5. Balıq

Alabalıq, qızılbalıq kimi balıq növləri immuniteti gücləndirdiyi üçün həftədə ən az 1 dəfə istehlak edilməsi təklif edilir.

6. Təzə qırmızı istiot

Tərkibindəki beta-karotin, C və E vitaminləri ilə immuniteti möhkəmləndirir.

7. Qreypfrut

Yüksək miqdarda C vitamini ehtiva edən qreypfrut, həm də immuniteti aktivləşdirən flavonoidlərdən ibarətdir.

8. Yaşıl Çay

Polifenol tərkibi ilə immunitetə olduqca əhəmiyyətli təsir göstərir. Soyuqdəymənin qarşısını almaq üçün hər gün 1 fincan yaşıl çay için.

9. Nar

Antioksidant xüsusiyyəti ilə tanınan nar tərkibindəki A və C vitamini sayəsində immuniteti gücləndirir.

10. Alma

C və E vitamini ilə zəngin olan alma xəstəliklərlə mübarizədə bədənin müqavimətini artırır.

11. Yumurta

A vitamini və beta-karotinlə zəngin olan yumurta güclü immunitet müdafiəçisidir.

12. Qatıq

Qatıq orqanizmdən zərərli bakteriyaları yox edərək immuniteti gücləndirir.

 

Reaksiya.az

Şərhlər