Metro stansiyasında səsini eşitdiyimiz qız: - “Deyirlər ki, bu qızı alanın günü qaradır” - VİDEO

17.11.2017 15:53     Maraqlı     5071

Bakı metrosunun sərnişinləri stansiyaların adlarını və qaydaları elan edən səslərlə tanışdırlar. Bəs bu elanları kim səsləndirir?

BBC Azərbaycanca qaydaları səsləndirən Əsmər Nəcməddinqızı və stansiya adlarını oxuyan İradə Ələkbərqızı ilə müsahibə edib.

Əsmər Nəcməddinqızı Facebook-da səsi ilə bağlı çox statuslar yazıldığını deyir: “Bəziləri yazır ki, elə bil qaynanadır. Nə qədər öyüd-nəsihət verir bu qız. Bunu alanın günü qaradır yamışdılar. Hətta yanımda olanda eskalatorda nələrsə deyirlər səsim haqqında. Mən bunları eşidirəm”.

Şərhlər