Varlı olmağın sirri bu qədər sadə imiş

02.01.2018 01:04     Maraqlı     2952

PULUN SEHRİ. Pul insan həyataında böyük rol oynayır. Onun insana təsir edən sehirli bir gücü olduğu da söylənilir. Deyimlərə görə metal pulun insana təsiri çoxdur. Bu haqda çoxlu deyimlər və əfsanələr söylənilir. Məsələn, deyilənə görə metal pulu dənizə və ya suya atsan o artaraq yenə sənə qayıdacaq. Cibində daima qəpik pul gəzdirsən sənin həmişə qazancın olacaq. Pul qabınızda həmişə qəpik pul gəzdirin , o sizi maliyə krizinə düşməyə qoymayacaq. Qəpik pul tapanda dua etmək lazımdır, ancaq pulqabı tapanda onu götürüb xeyriyyə məqsədilə paylamalısan. Onda yaxın günərdə sizin daha çox pulunuz olacaq. Əgər sizdə lap az dəyəri olan xırda pul varsa ondan qurtarmağa çalışmayın, qoyun o sizin talismanınız olsun. Həmin pul sizə çoxlu maliyyə vəsaiti gətirər. Onu həmişə pulqabınızda saxlayın. Əgər ticarətlə məşğul olursunuzsa onda iş yerinizin qapısının qabağına xırda pul atın. Təzə ev tikdirirsinizsə bünövrəsinə xırda pul atın. Az vaxtda çox qazanc əldə etmək istəyirsinizsə sol çiyninizə xırda pul atıb deyin:”Sənə bir pul verirəm, mənə ikisini qaytarasan”. Əgər iş görüşməsinə gedirsinizsə sol ayaqqabınızın içinə xırda pul qoyun. Bu zaman işiniz uğurlu olacaq. Əgər var dövlətinizin artmağını istəyirsinizsə, evdə xəlvəti bir yerdə kassaya xırda pul yığın. Kassa dolanda isə onu evinizin tam mərkəzində yerə atıb sındırın ki, pullar ətrafa sıçrasın. Bu zaman pullarla bərabər onun enerjisi də evinizin hər küncünə yayılacaq. Çalışın heç kimə xırda pul verməyin. Mağazada qəpik pullardan xilas olmağa çalışmayın. Sizdə nə qədər xırda pul olarsa onlar sizə kağız pullar gətirər. /immunitet.az/

Şərhlər