Balın yeni faydası aşkar olunub

21.05.2018 16:38     Maraqlı     1225

Sehrli məhsul olan bal öz faydalı xüsusiyyətləri ilə alimləri daim heyrətləndirir.

Son elmi araşdırma balın yeni bilinməyən faydasını aşkar edib.

Vaşınqton Universiteti (ABŞ) alimləri aşkar ediblər ki, bal infarktın riskini 30% azaldır. Bunun səbəbi balın tərkibində olan "treqaloza" adlı maddədir.Treqalozanın təsirindən damarlarda yığılan xolesterinin miqdarı azalır və bununla da damarın funksiyası yaxşılaşır.   

Damarlarda yığılan xolesterin damarların daralmasına, onların divarlarının zəiflənməsinə, damarlarda trombların əmələ gəlməsinə, yırtılması riskinin artmasına səbəb olur. Bunun nəticəsində isə infarkt, insult və s. ciddi sağlamlıq problemlərinin riski kəskin artır.

Alimlər balı daim qidalanmaya daxil etməyi tövsiyə edir. (Sağlamolun.az)

Reaksiya.az

Şərhlər