Yer üçün ən böyük təhlükə: NASA görüntü yaydı

04.12.2018 13:18     Maraqlı     1349

NASA Yer kürəsi üçün potensial təhlükə hesab edilən “Bennu” asteroidinin hərəkətinin görüntülərini paylaşıb.

Bu görüntülər “Bennu”nun tam fırlanması oradan qrunt nümunələri gətirmək üçün göndərilən OSİSİS-REx planetlərarası stansiyanın köməyi ilə qeydə alınıb.

“Salam, asteriod Bennu! Bizim OSİSİS-REx kosmik aparatımız səninlə görüşmək üçün 2 milyard mildən çox uçdu”, - NASA videonu yaydığı Tvitter hesabında yazıb.

NASA-dan bildirilib ki, bu asteroidi 1 il ərzində öyrənmək niyyətindədirlər. Daha sonra kosmik zond alimlərin araşdırması üçün “Bennu”dan nümunələr götürəcək. OSİSİS-REx kosmik stansiyasının Yerə 2023-cü ilin sentyabrında qayıdacağı planlaşdırılıb.

Reaksiya.az

Şərhlər

Çox oxunanlar