Bill Qeytsin varidatı 100 milyard dolları ötüb

19.04.2019 16:08     Maraqlı     1444

"Microsoft" şirkətinin rəhbəri Bill Qeytsin varidatı 100 milyard dolları ötüb.
 "Forbes" jurnalının yaydığı məlumata əsasən, bu göstərici 1999-cu ildən sonra ilk dəfə qeydə alınıb. Belə ki, Bill Qeytsin varidatı kompaniyanın səhmlərinin bahalaşması sayəsində pik həddə çatıb. 

Qeyd edək ki, hazırda Qeytsin varidatı 100,61 milyard dollar həcmində qiymətləndirilir. O, dünyanın ən varlı insanları siyahısında ikincidir. Birinci yerdə 152,95 milyard dollar sərvəti olan "Amazon" şirkətinin sahibi Ceff Bezos qərarlaşıb. 

Şərhlər