Zakir Nuriyev: Dövlət yəqin ki, problemli kredit məsələsində kömək edəcək [Müsahibə] - VİDEO

25.01.2016 20:05     Müsahibə     3476

Azərbaycan Banklar Assosiasiyasının prezidenti Zakir Nuriyev Amerikanın Səsinə müsahibəsində problemli kreditlər, vəziyyətdən çıxış yolları, bank sektorunda durumdan danışıb. 

-Azərbaycanda nə qədər insanın problemli kredit öhdəliyi var? Problemli kredit öhdəliyinin regional strukturu necədir?

Təbii ki, vətəndaşların bu və ya digər şəkildə çətinlikləri yaranıb. Yəni vətəndaşların mövcud olan gəlir və xərclərinin strukturunda dəyişiklik baş verib. Ona görə də bu cür dəyişikliklər zamanı borcların ödənilməsinə yardım göstərilməsi, hər hansı bir sosial layihənin həyata keçirilməsi yalnız dövlətə və hökumətə aid bir məsələdir.

- Kredit borclarının hər hansı bir məzənnə ilə ödənilməsi iqtisadi baxımdan müzakirə olunan məsələ deyil. O nöqteyi-nəzərdən ki, banklar və borc alanlar kredit müqavilələrində məzənnə ilə deyil, konkret olaraq borcun məbləğini fiksə etmişlər. Ona görə də hüquqi cəhətdən, yəni müqavilə öhdəlikləri ilə tənzimlənən bu öhdəliklərin bu və ya digər məzənnə ilə ödənilməsi məsələsi müzakirə obyekti ola bilməz. Çünki, vətəndaş deyək ki, min dollar borc almışsa, min dollar borcunu qaytarır. Bu zaman nə borc alınarkən və ya borc qaytarılarkən hər hansı bir məzənnə müqavilənin predmeti deyil. Lakin, təbii ki, devalvasiyadan sonra borcların manat ifadəsilə həcminin artması ilə bağlı suallar meydana çıxır. Lakin, bu suallar borc alan və borc verənlər üçün müzakirə obyekti olmamalıdır. Çünki eyni qaydada banklar vətəndaşlardan əmanətləri qəbul edib və bu əmanətlər də dollarla qəbul edilib. Orada da hər hansı bir məzənnə müzakirə mövzusu deyil. Onun üçün əgər biz qəbul etdiyimiz vəsaitləri hər hansı bir məzənnə ilə deyil, fiks məbləğlə qəbul ediriksə, ona müvafiq verilmiş kreditlər üzrə yaranmış öhdəliklərin də icraatı məhz hər hansı bir məzənnə ilə deyil, verilmiş valyutada, verilmiş həcmdə geri qaytarılmalıdır. Təbii ki, vətəndaşların bu və ya digər şəkildə çətinlikləri yaranıb. Yəni vətəndaşların mövcud olan gəlir və xərclərinin strukturunda dəyişiklik baş verib. Ona görə də bu cür dəyişikliklər zamanı borcların ödənilməsinə yardım göstərilməsi, hər hansı bir sosial layihənin həyata keçirilməsi yalnız dövlətə və hökumətə aid bir məsələdir. Bu vətəndaş və hökumət münasibətlərində tənzimlənir. Vətəndaşlar, yaxud borc alanlar və borc verənlər arasındakı öhdəliklər yalnız onlar arasında mövcud olan kredit müqavilələri və kredit öhdəlikləri ilə tənzimlənir.

-Yəni dövlət kömək etmir?

Dövlət istənilən hallarda, istənilən şəraitdə öz vətəndaşlarına kömək edib, edir və yəqin ki, bu məsələdə də kömək edəcəkdir.

- Azərbaycan dövlətinin belə bir imkanı varmı, Sizin baxışınızdan?

Bu gün devalvasiya effekti nəzərə alınmaqla kommersiya banklarında toplam 9 milyardlıq əhali əmanətləri cəmləşdirilib. Hesab edirik ki, bu əmanətlərin hesabına bu günləri Azərbaycan bank sektorunda 2 milyarda yaxın və onun üzərində cari və izafi likvidiklik mövcuddur.

-Bu gün devalvasiya effekti nəzərə alınmaqla kommersiya banklarında toplam 9 milyardlıq (manat-red) əhali əmanətləri cəmləşdirilib. Hesab edirik ki, bu əmanətlərin hesabına bu günləri Azərbaycan bank sektorunda 2 milyarda (manat-red) yaxın və onun üzərində cari və izafi likvidiklik mövcuddur. Ona görə də bu gün əmanətlərin banklardan çəkilməsi və sairə kimi problem bank sektorunda mövcud deyildir. Lakin, əhalinin əmanətlərinin problemli banklarda və yaxud bağlanmış banklarda müdafiəsi məqsədi ilə Azərbaycan Respublikası parlamenti müvafiq qərar qəbul etdi (19 yanvar tarixində). Bu qərara görə banklarda olan əhalinin bütün əmanətlərinə 100 faiz həcmində dövlət tərəfindən zəmanət verildi. Hesab edirik ki, belə bir qərarın icraatına başlanması vətəndaşların kommersiya banklarında olan əmanətləri üçün tam zəmanət yaradır.

-Azərbaycan banklarının xarici kredit öhdəlikləri nə qədərdir. 2016-cı ildə banklar xarici kredit öhdəliklərini yerinə yetirə biləcəkmi? 

Gələcəkdə banklara dövlət yardım proqramı nəzərdə tutulur.

-Ümumiyyətlə hazırda Azərbaycan Mərkəzi Bankının təkrar maliyyələşmə faizi olduqca kiçikdir. Bu məbləğ banklara göstərilən yardım və digər proqramlarda faiz dərəcəsində xüsusi bir problemli əhəmiyyət kəsb etmir. Lakin kommersiya banklarında cari likvidiklə problem yarandığı anlarda Mərkəzi Bank bütün banklara cari likvidiklik üzrə yardım göstərir. Belə bir praktika hazırda da mövcuddur və davam edir. Lakin, gələcəkdə banklara dövlət yardım proqramı nəzərdə tutulur. Əgər belə bir yardıma ehtiyac olarsa hesab edirik ki, istər Mərkəzi Bank, istərsə də hökumət bu yardım proqramlarını banklara təklif edəcək. Ehtiyac olarsa, zərurət yaranarsa banklar bu yardımdan yararlana biləcəklər. 

Şərhlər