Türk Birliyi Partiyasının sədri Hurşit Yiğit: “Türk milləti dünya mədəniyyətinə sahib çıxan tək millətdir”

31.05.2015 18:11     Müsahibə     1651

Həyata baxışımız, milli – mənəvi dəyərlərimiz eynidir

Həmsöhbətimiz Türk Birliyi Partiyasının sədri Hurşit Yiğitdir.

 

-Hörmətli Hurşit Yiğit, özünüzü Azərbaycan oxucularına necə təqdim edəcəksiniz?

-1952-ci ildə Çorumda anadan olmuşam. İbtidai və orta təhsilimi Çorumda tamaladıqdan sonra Ankara Universiteti iqtisadiyyat və maliyyə bitirib. Müxtəlif firmalarda mühasib, direktor və koordinator kimi çalışmışam. Sonuncu olaraq Yiğit Trans, Yiğit Xarici Ticarət və Sənaye şirkətlərində idarə heyətinin sədri vəzifəsində çalışmışam.

Türk Dünyası Mədəniyyət və Əməkdaşlıq Dərnəyinin qurucusu və sədriyəm. Türk Birliyi Partiyasının ilk sədri olub, hal – hazırda da bu vəzifəni davam etdirirəm.

-Sədri olduğunuz Türk Birliyi Partiyası hansı məqsədlə yaradılıb? Türk siyasi sahəsində doldurmaq istədiyiniz boşluqlar nələrdir?

-Türk Birliyi Partiyasının quruluş məqsədi adından da görüldüyü kimi müstəqil Türk dövlətləri və müstəqil olmayan türkdilli xalqlarını bir araya gətirmək və insanlığa ən yaxşı mədəniyyəti təmin etməkdir.

-Türk cümhuriyyətləri ilə əlaqələriniz necədir? O ölkələrdəki siyasətçiləri hər hansı bir əlaqəsi varmı?

-Sadəcə, müstəqil Türk dövlətlərində yox, eyni zamanda dünyanın hər tərəfində yaşayan dəyərli Türk qardaşlarımız var. Ancaq siyasi mənada hələ əlaqə qurduğumuz və də rəsmi olaraq görüşdüyümüz bir siyasətçi yoxdur. Lakin bu olmayacağı mənasına gəlmir, bu mövzuda işlər görürük.

-Türk Dünyasında, xüsusilə də Türkiyədə türkçülüyə çox fərqli baxış bucaqları mövcuddur. Siz partiya kimi hansı baxış bucağını müdafiə edirsiniz?

-Türk Birliyi Partiyasının baxış bucağı həqiqi bir Türkün dünyagörüşü ilə eynidir. Partiyamıza düşüncəsi kənardan baxdığımız zaman ya həddindən artıq sağçı, ya da həddindən artıq solçu kimi qəbul edilə bilər. Bizim təşkilatlanmamızdaki məqsəd fransız düşüncəsi kimi sağ və ya sol düşüncəyə xidmət etmək deyil. Eyni zamanda dini mövzularda da heç kimi mühakimə etmirik. Çünki bizim fikrimizcə, Türk insanı dəyərini adından alır, inancından yox. Türk olmaq əvvəl qandan başlayır, daha sonra isə məlumat ilə artır və əsl mədəniyyəti meydana gətirir. Çünki Türkün ilk düşünəcəsi və müdafiə edəcəyi fikir insanlığın əminamanlığı və sağlam həyat fəlsəfəsidir. Buna bağlı olaraq, Türk millətinin mədəniyyətə işıq tutan tək millət olduğunu da xüsusi olaraq vurğulamaq istəyirəm.

Ölkəmizdə bəzi dünyagörüşlərində din və Ulu Öndərimiz Mustafa Kamal Atatürk vasitəsi ilə illərdir siyasət həyata keçirilir. Ancaq biz bu təşkilatı quranda da dini siyasətə alət etmədən və Ulu Öndərimiz Mustafa Kamal Atatürkü bir simvol kimi təqdim etməmək fikirləri ilə yola çıxdıq. Atalarımızın öyüdlərini nə qədər dinləsək və həyata keçirsək, bir o qədər uğur qazana bilərik.

-Mədəni və tarixi baxımdan vəhdət təşkil edən Türk Millətinin bugünkü vəziyyətini necə dəyərləndirirsiniz?

-Türk milləti bu gün qədim dövrlərdəki əcdadımızın çox da fərqində olmadığı bir ayrı-seçkilik içərisində yaşamaqdadır. Əslində Türk millətinin öz içində hər hansı bir problemi yoxdur və əmin – amanlıq içində yaşaması üçün heç bir maneə də mövcud deyil. Çünki törəsi və həyat tərzi bu qədər əsrlər keçməsinə baxmayaraq, heç dəyişməyib. Ancaq müasir dünyada müstəqil Türk dövlətlərindən kənarda da bu dövlətlərin içərisində belə Türk ulusunu bir-birindən ayırmaq üçün cürbəcür yalan və hadisələr uydurularaq, bu yöndə iş aparılır. Bu yeni bir layihə deyil. Əsrlərdir Türk millətinin gücünü zəiflətmək və insanlığı kölə halına gətirmək üçün imperialist sistemlər bu mövzuda həm maddi, həmdə mənəvi mənada öz dəstəklərini əsirgəməyiblər. Bu işin içində Türk millətini öz qardaşlarından ayırıb gücsüz bir hala gətirmə və kölələşdirmək layihəsi də mövcuddur. Və bu layihə öz ana vətəni də daxil olmaqla, hakim olduğu bütün ərazilər üçün keçərlidir. Əgər Türk milləti bu layihəni fərqində olub birliyini bir an əvvəl təmin etsə, gələcəyimiz Türk övladlarına bir-birləri ilə mübarizə aparan, ya da kölələşən bir dünya buraxacaq. Bu mövzuda eqoizmi ortadan qaldırmalı və birliyimizi təmin etməliyik.

-Bu gün Türk milləti üçün Turancı, milliyyətçi düşüncə və şüur niyə vacibdir? Sizcə, bugünkü şərtlərdə sağlam bir Türk milləti meydana gətirməyin və böyük, müqəddəs Turanı qura bilmənin zəmini olan önəmli dəyər və strukturlar nələrdir?

-Öncəliklə, bunu ifadə edək; milli iradə və düşüncəyə sahib olmaq tariximizi doğru şəkildə öyrənib, onu irəliyə dönük tətbiq etməklə olur. Çünki bu şəkildə tarixdə Türk xalqımızın qurduğu dövlətlərin yıxılmasından da dərs alaraq haralarda nə etməmiz lazım olduğunu bilir və ona görə iş görürük. Türk millətinin bu iradəsi mümkündür. Bu iradənin ortaya çıxması üçün isə millət öz içindəki eqoizmi yox etməsi ilə təmin olunmalıdır. Əslində məslənin həlli məlumat ilə təmin ediləcək. Çünki Türk milləti elm və maarifə nə qədər maraq göstərib və irəliləyəcəksə, o zaman onun birliyi daimi və əbədi olacaq. Türk gəncləri haradan olursa olsun 'Biz niyə birlik olmuruq?' sualını özlərinə verməlidirlər. Bu birliyin var olmasının səbəbi Türk millətinin zəka və əhdə vəfasının dünya nizamını təmin edəcək yükə sahib olması ilə birbaşa əlaqəlidir. Bu mövzuda layihələrimiz və gördüyümz işlər mövcuddur.

- Önümüzdəki illərdə hansı fəaliyyətləri planlaşdırırsınız?

- Önümüzdəki illərdə Tanrı izni ilə mərkəzi prioritet Türkiyənin bölünməz bütövlüyü ilə bağlı olmaqla sülh və əmin – amanlıq və rifah mühitini təmin etməkdən ibarətdir. Bundan başqa digər Türk dövlətləri və müstəqilliyini elan edə bilməmiş Türkdilli xalqları birlikləri ilə əlaqə qurub, iqtisadiyyat və təhsil sahəsi ilə ortaq böyük layihələr əldə edib insanlığın rifahını üst səviyyələrə çıxarmaqdır. Çünki həyati dəyərlərimiz eyni qandan olduğumuza görə eynidir və bu birlik şərtdir.

-Azərbaycan deyiləndə sizdə hansı təəssüratlar yaranır?

-Türk Birliyi Partiyasının Azərbaycan deyiləndə ilk yadımıza düşən ortaq dəyərlərimiz və hər iki ölkənin də Oğuz Türkü olmağımızdır. Bizlər bir-birimizdən qopa bilməyəcək qədər dərin bir keçmişə sahibik və daim ən çətin günlərimizdə də bunu bir-birimizə sübut etmişik. Təbii edilən soyqırımları da unutmayaraq bunu hər il azərbaycanlı qardaşlarımızla hər iki ölkə olaraq bir yerdə qeyd edir və xatırlayırıq. Təbii ki, bu qardaşlıq duyğusu səhv başa düşülməsin, digər Türk dövlətləri üçün də etibarlıdır, çünki Türk boyları o qədər çox və əhatəlidir ki, artıq burda ayrı-seçkilik etməyin bir mənası yoxdur. Çünki Türkün düşməni bəllidir. Və eyni zamanda biz bilirik ki, Türk millətinin özündən başqa qardaşı və dostu yoxdur.

-Reaksiya.az saytı vasitəsilə Azərbaycan oxucularına çatdırmaq istədiyiniz mesajınız, fikriniz varmı, əfəndim?

-Qiymətli qardaşlarımız olan Azərbaycan oxucularına verəcəyimiz mesaj açıq və aydındır. Türk millətinin niyə ayrı-seçkiliyə məruz qaldığını və bu günlərə fərqli dövlətlər bir yana dursun öz içində belə ayrı-seçkilik yaşadığımızı biz Türklər dərk etməsək, gələcəyimiz ya köləliklə ya da yox olmağımızla nəticələnəcək.

Uşaqlarımızı çox kiçik yaşlarda Türk adət və ənənələrinə uyğun olaraq yetişdirməli və hazırda mövcud durumda dayanmadan çalışmalıyıq. Eqoizm və diqqətsizlik fəlsəfəsi və həyat tərzini ortadan qaldırıb gənclərimizi düzgün tərbiyələndirməli və onlara doğru yolu göstərməliyik. Gələcəyin yıxılmaz nəfərləri olmaq, təkcə yeni bir Türk birliyi yaratmaqdan yox, eyni zamanda onu əbədi olaraq mühafizə edəcək gəncləri yetişdirməklə mümkün olacaqdır. Çünki Ulu Öndərimiz Mustafa Kamal Atatürkün dediyi və etdiyi kimi hamımız gələcək uğurları Türk gənclərinə hədiyyə etməliyik. Ən əhəmiyyətlisi də Türk birliyinin erkəndən təmin edilməsidir. Hamısına təşəkkür edirəm sayqılarımı çatdırıram.

 

Oktay Hacımusalı

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər