Cahangir Hüseynov: “Heydər Əliyevlə telefon əlaqəsi qurmağa qoymurdular...” - MÜSAHİBƏ - FOTOLAR

07.03.2016 20:21     Müsahibə     2582

Sabiq deputat Cahangir Hüseynovun “OLAYLAR”-a müsahibəsi.

- Cahangir müəllim, siz parlamentdə ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıtması təşəbbüsü ilə çıxış edən ilk deputatlardan olmusunuz. Həmin dövrdə belə bir çıxış etmək kifayət qədər riskli bir addım atmaq sayılırdı və bundan ehtiyat etmirdinizmi?

- Məlumdur ki, 1990-92-ci illər ölkədə vəziyyət heç də ürəkaçan deyildi. 1992-ci ilin fevralında ermənilər Xocalıda azərbaycanlılara qarşı vəhşiliklər, soyqırım törədərək yüzlərlə insanı qətlə yetirmişdilər. Həmin il mart ayının 3-də parlamentin Xocalı faciəsi ilə bağlı fövqəladə sessiyası çağırıldı. O vaxt mən eyni zamanda Ağdaş rayonunda milis rəisi vəzifəsində çalışırdım. Çox çətinliklə də olsa parlamentdə mərhum Çingiz Mustafayevin Xocalıda çəkdiyi kadrları nümayiş etdirmək mümkün oldu. Sessiyanın gedişi ərəfəsində parlamentin binası ətrafında 40-50 min adam toplaşmışdı. Parlamentin binasında isə deputatlar daxil olmaqla 2 minə yaxın adam vardı. Sessiyanın gedişi zamanı ölkədə qarşıdurma, xaotik bir vəziyyətin hökm sürdüyü bildirildi. Etibar Məmmədov çıxış edərək istefa verdiyini bəyan etdi. Həmçinin Yaqub Məmmədov Ali Sovetin sədri kimi öz postundan istefa verdi. Belə bir vəziyyətdə parlamentin kürsüsünə çıxaraq Heydər Əliyevin hakimiyyətə gəlişi məsələsini qaldırdım. Təxminən 20 dəqiqəlik çıxışım zamanı ölkədə çətin bir vəziyyətin hökm sürdüyünü bildirdim. Qeyd etdim ki, artıq küsmək, dava etmək yeri deyil. Bu millət bizi seçibsə biz də yaranmış problemi həll etməliyik. Məsələni həll etmək üçün də yollar var. Birincisi, birləşək, xalqı bir araya gətirək. Çıxışım zamanı təklif edirəm ki, biz koalision hökumət yaratmalıyıq. Həmin hökumətə də həm demokratik blokdan, həm də bütün siyasi partiyalardan nümayəndələr daxil olmalıdır. Ağıllı adamları hakimiyyətə gətirməliyik. Həmçinin Ayaz Mütəllibova müraciətlə bildirdim ki, nə üçün parlament binasını tikdirən bir insanın, Heydər Əliyevin Ali Sovetə gəlməsinə icazə vermirsiniz. Məlumat üçün qeyd edim ki, həmin vaxt Heydər Əliyev Ali Sovetin deputatı idi və o, parlamentin iki iclasına qatıldıqdan sonra onu küsdürdülər və bir daha Heydər Əliyev iclaslara gəlmədi. Çıxışım zamanı tələb etdim ki, Heydər Əliyev hakimiyyətə gəlməlidir. Onu da qeyd edim ki, mənim çıxışıma qədər heç kim Heydər Əliyevin adını çəkmirdi. Nə Yeni Azərbaycan Partiyası vardı, nə də digərləri. Mənim həmin gün parlamentdə etdiyim çıxış həm “Ədalət”, həm də “Həyat” qəzetlərində çap edildi.

- Bəs sizin çıxışınıza reaksiya necə oldu? Etirazlarla qarşılaşdınızmı?

- Həmin vaxt parlamentdə olan iki min adamdan bir nəfərinin belə səsi çıxmadı. Həm Demblok, həm kommunistlər, həm də ziyalılar sakitcə mənə qulaq asırdılar. Fasilə zamanı foyedə hiss etdim ki, mənə kifayət qədər yaxın olan, tanıdığım insanlar Heydər Əliyevlə bağlı çıxışımdan sonra mənə qəribə tərzdə baxırlar. Sanki mənə demək istəyirdilər ki, sən nə üçün çıxışın zamanı Heydər Əliyevin adını çəkdin. Onu da qeyd edim ki, parlamentdə Heydər Əliyevə hörməti olan, onu sevən insanlar da vardı. Həmin insanlar mənə qarşı heç bir kəskin reaksiya bildirmir, irad səsləndirmirdilər. Ancaq Heydər Əliyevi sevməyənlər bunu açıq şəkildə büruzə verir, belə bir çıxış etdiyimə görə irad bildirirdilər. Hətta bəziləri iddia edirdi ki, naxçıvanlı olduğum üçün belə bir çıxış etdim. Ancaq məni daha yaxından tanıyanlar bilirdilər ki, bizim Naxçıvanla heç bir əlaqəmiz olmayıb. Hamı bilir ki, mənim valideynlərim Gədəbəy rayonundandır. Xüsusilə “DemBlok”dan olanlar mənə qarşı kin nümayiş etdirirdilər. Kommunistlərin içərisində isə fərqli münasibət vardı. Belə ki, onların bəzisi mənim belə bir çıxış etməyimdən məmnunluq ifadə edir, mənə daha yaxın olur, Ayaz Mütəllibovun tərəfdarları isə mənə xəbərdarlıq edirdilər ki, bir daha Heydər Əliyevin müdafiəsinə hesablanmış çıxış etməyim. Ancaq buna baxmayaraq sessiyanın ertəsi gün deputat Cəbrayıl Nağıyevlə (həmin vaxt Cəbrayıl Nağıyev Milli Təhlükəsizlik Nazirliyinin işçisi idi) birlikdə Dövlət Televiziyasına gedərək canlı efirdə çıxış etdik. Canlı efirdə də parlamentdə səsləndirdiyim fikirləri bir daha təkrar etdim. Bildirdim ki, biz birləşməliyik, çünki təhlükələr qapımızı döyür. Təbii ki, həm parlamentdə, həm də televiziyadakı çıxışım o zaman bir çoxlarını, xüsusilə o vaxtkı hakimiyyəti qane etmirdi. Ona görə də mənə müxtəlif instansiyalardan, Xüsusi İdarədən, Daxili İşlər Nazirliyindən zənglər oldu, məlum çıxışlarımdan məmnun qalmadıqları ifadə edildi. Hətta bildirilirdi ki, məni Daxili İşlər Nazirliyinə müavin postuna təyin etmək barədə düşünürlərmiş. Ancaq bir şərtlə ki, Heydər Əliyevi müdafiə etməyim. Təbii ki, həmin iradlara cavab olaraq bildirdim ki, mən yalnız xalqı düşünərək belə çıxış edirəm. Tədricən Naxçıvandan olan deputatlar da mənə yaxınlıq etməyə başladılar. O vaxt Naxçıvandan 8-10 deputat parlamentdə təmsil olunurdu. İlk olaraq Eldar İbrahimovla münasibətlərimiz quruldu. O, mənim çıxışlarımı aparıb Heydər Əliyevə təqdim etmişdi.

- Ümumiyyətlə, sizi belə bir təşəbbüslə çıxış etməyə, Heydər Əliyevin müdafiəsinə qalxmağa nə vadar edirdi və bu hansı zərurətdən meydana gəlirdi? Əvəllər Heydər Əliyevlə yaxınlığınız, əlaqələriniz olmuşdumu?

- Mən Heydər Əliyevi birinci dəfə 1987-ci ildə Moskvada görmüşəm. O vaxt Moskvadakı Ali Milis Məktəbində təhsil alırdım. Həmin il Kreml sarayında Müslüm Maqomayevin 100 illik yubileyi keçirilirdi. Heydər Əliyev də Siyasi Büronun üzvləri ilə birlikdə yubiley mərasimində iştirak edirdi. Əvvəl Heydər Əliyev Siyasi Büro üzvləri ilə birlikdə səhnədə əyləşmişdi. Mərasimin birinci hissəsi başa çatdıqdan sonra Heydər Əliyev və digərləri mərasimi lojada oturaraq izləyirdilər. Heydər Əliyevlə mənim oturduğum kreslo arasında təxminən 2 metr məsafə vardı. Bu ərəfədə gənc Müslüm Maqomayevin ifasında Azərbaycan mahnısı səsləndirildi. Həmin mahnı o dövrdə yeni yazılmışdı və çox dinlənilirdi. Mahnı ifa edilən zaman Heydər Əliyevə baxdıqda onun kövrəldiyini və gözlərindən yaş gəldiyini gördüm. Heydər Əliyevin Azərbaycan mahnısına
kövrəlməsi, gözlərindən yaş gəlməsi məndə təccüb hissi yaratdı. Bu hisslər məndə Heydər Əliyevə qarşı böyük, sonsuz məhəbbət yaratdı. Onsuz da mənim Heydər Əliyevə xüsusi hörmətim, pərəstişim vardı, həmin hadisə isə bu hisslərin birə beş artmasına təsir göstərdi. Onu da deyim ki, Heydər Əliyev ona baxdığıımı hiss edirdi. Mərasim başa çatdıqdan sonra foyedə fürsət tapıb Heydər Əliyevlə əl görüşə bildim və Ali Milis Məktəbinin dinləyicisi olduğumu bildirdim. Təbii ki, onun mənimlə foyedə dayanıb söhbət etməyə zamanı yox idi. Ancaq hiss etdim ki, bu görüşdən Heydər Əliyev də məmnun oldu. Həmin il təhsilimi bitirib Azərbaycana qayıtdıqdan sonra sentyabr ayında Ağdaş rayonuna milis rəisi təyin olundum. 1988-ci ildə Heydər Əliyevi Siyasi Bürodan uzaqlaşdırdılar. 1989-cu ildə atam mənə Naxçıvana getməyi təklif etdi. Məqsəd Naxçıvanda Heydər Əliyevlə görüşmək idi. Məlumat üçün qeyd edim ki, mənim atam 1945-50-ci illərdə indiki Bakı Dövlət Universitetinin hüquq fakultəsini bitirib. 1952-57-ci illərdə isə tarix fakultəsində Heydər Əliyevlə birlikdə oxuyub. Ancaq bir dəfə də olsun nə mən, nə də atam bu imkandan istifadə etməyib. Hətta atam özü qadağan etmişdi ki, onun Heydər Əliyevlə bir yerdə oxumasını heç kim bilməsin. Sovet dövründə bu cür şeylərə yaxşı baxmırdılar. Ancaq bunu mən bilirdim. Çünki bizim evimizdə olan universitet şəkillərindən bu mənə aydın idi. Eyni zamanda hüquq fakultəsdində Murtuz Ələsgərov, Məmməd Xələfov, Nəriman Yusifov kimi şəxslər atamla bir yerdə təhsil alırdı. Təxminən yay aylarında biz Naxçıvana getdik. Orada bizi Məmməd Abbasov qarşıladı. Məmməd Abbasov həmin vaxt İliç rayonunun birinci katibi idi. Mən Moskvada təhsil alarkən Məmməd Abbasov da İctimai Elmlər Akademiyasında oxuyurdu və orada bizim yaxşı münasibətlərimiz vardı. Məmməd Abbasov Heydər Əliyevin Naxçıvanda olmadığını bildirdi. Biz atamla birlikdə Heydər Əliyevin büstünü ziyarət etdik. Bir neçə gün Naxçıvanda qalsaq da, Heydər Əliyevlə görüşə bilmədik. Çünki həmin vaxt Heydər Əliyev Naxçıvanda deyildi. Ancaq o zaman Naxçıvan Muxtar Respublikasınınn daxili işlər naziri işləyən Ramil Usubov, prokuror Ağamməd İbişovla görüşə bildik. 1990-cı ilin iyun ayında atam mənə zəng edərək Bakıya gəlməyimi istədi. Yuxarıda qeyd etdiyim kimi həmin il Ağdaşda milis rəisi vəzifəsində çalışırdım. Bakıya gələndə atam mənə bildirdi ki, Heydər Əliyev Bakıya gələcək və biz də onu qarşılamağa getməliyik. Düzü mən tərəddüd etdim.

- Cahangir müəllim, sizi Heydər Əliyevin müdafiəsinə qalxmağa nə vadar edirdi və bu hansı zərurətdən meydana gəlirdi? Əvvəllər Heydər Əliyevlə yaxınlığınız, əlaqələriniz olmuşdumu?

- 1990-cı ilin iyun ayında atam mənə zəng edərək Bakıya gəlməyimi istədi. Bakıya gələndə atam mənə bildirdi ki, Sabir Hüseynov Heydər Əliyevin Bakıya gələcəyini deyir və biz də onu qarşılamağa getməliyik. Düzü mən tərəddüd etdim. Həmin vaxt Ağdaşda Daxili İşlər Şöbəsinin rəisi işləyirdim və bildirdim ki, xidməti maşınımla hava limanına getməyin düz alınmaz. Atam hava limanına mənim xidməti avtomobilimlə deyil, onun şəxsi maşını ilə gedəcəyimizi bildirdi. Atam, mən və avtomobili idarə edən əmim oğlu Gündüz Hüseynov Binə Hava Limanına gəldik. Hava Limanına yaxınlaşanda aeroportun deputat zalının qarşısına təxminən 150-200 nəfər insanın toplaşdığını gördük. Onlar əllərində Heydər Əliyevin əleyhinə yazılan plakatlar tutaraq onun gəlməsini gözləyirdilər. Bir növ Heydər Əliyevin Bakıya gəlişinə qarşı təşkil edilən aksiya idi. Hiss olunudu ki, onlar xüsusi öyrədilmiş insanlardır. Bu cür şəxslər isə hər bir addımı atmağa hazır olurlar. Onlara nəyisə başa salmaq, söhbət etmək qeyri-mümkün olur. Düzü biz belə bir situasiyanın baş verəcəyini gözləmirdik. Açığı bir qədər də bundan təşviş keçirdik. Bir qədər kənarda isə təxminən bir neçə avtomobil dayanmışdı. Həmin avtomobillərdə mənim tanıdığım Rəfael Allahverdiyev, Sabir Hüseynov, Etibar Qazıbəyov, Cəlal Əliyev, Fikrət Məmmədov, Cəmil Əliyev və Tamerlan Əliyev var idi. Onlardan başqa mənim tanıya bilmədiyim 10-15 nəfər də Heydər Əliyevi qarşılamaq üçün hava limanına gəlmişdi. Həmin insanlar da prosesləri kənardan müşahidə edirdilər. Ancaq hiss olunurdu ki, hamı qorxu içərisindədir. Çox çətinliklə də olsa Rəfael Allahverdiyev və Fikrət Məmmədovun avtomobilləri təyyarənin trapına doğru hərəkət edərək Heydər Əliyevi avtomobilə əyləşdirə bildilər və onlar Hava Limanından uzaqlaşdılar. Biz isə qorxu içərisində geri qayıtdıq. Bu hadisələr məni çox narahat etdi ki, bizim respublika rəhbnərliyi nə üçün belə bir şəxsin Bakıya qayıdışını belə bir formada təşkil edib. Təbii ki, həmin insanlar öyrədilərək hava limanına göndərilmiş şəxslər idi

- Siz həmin illərdə milis rəisi olmaqla bərabər, həm də siyasi fəaliyyətlə də məşğul olurdunuz. Bu bir qədər təhlükəli deyildimi?

- Əlbəttə, 1988-89-cu illərdə mən Ağdaşda artıq siyasi proseslərdə aktiv iştirak edirdim. Bütün mitinqlərdə çıxış edir, həmin aksiyaları idarə edirdim. Eyni zamanda rayonda baş verə biləcək mümkün təxribatların qarşısını alırdım. Belə ki, Ağdaş Rayon Qaz Kompressor Zavodu, Rayon Partiya Komitəsinə, milis idarəsinə, ermənilərin yaşadığı SU-18 qəsəbəsinə hücumlar planlaşdırılırdı ki, həmin hücumların qarşısının alınmasında mənim böyük xidmətim olub. Bunu həmin dövrün proseslərində iştirak edən insanlar və Daxili İşlər Şöbəsinin əməkdaşları yaxşı bilirlər. Hətta mənə siyasi fəallığıma görə yerli rəhbərlik də irad bildirir və partiyadan çıxarılma təhlükəsi ilə qarşılaşa biləcəyimi deyirdi. Ancaq mən bütün bunlara məhəl qoymurdum. 1990-cı ilin 20 yanvar hadisəsindən sonra isə milis əməkdaşlarına başlarındakı fraşkaların üzərində olan SSRİ-nin gerbinin çıxarılmasını əmr etdim. Ona görə də rayon əhalisi mənə çox inanır və hörmət edirdi.

- Bəs parlamentin deputatı seçilmək istəyi hansı zərurətdən meydana çıxdı?

- 1990-cı ilin sentyabr ayında Azərbaycan SSR Ali Sovetinə seçkilər keçirildi. Açığını deyim ki, heç deputat seçilmək barədə düşünmürdüm. Çünki qeyd etdiyim kimi həmin vaxt Ağdaş rayonunda milis rəisi vəzifəsində çalışırdım. Seçkilərin birinci turunda 139 saylı Ağdaş şəhər seçki dairəsində seçki fəallığı müşahidə edilmədi və seçki baş tutmadı. Seçkilərin ikinci turunda da seçicilər səsvermədə fəal iştirak etmədilər. Həmin dövrdə mövcud olan seçki qanununa əsasən seçicilərin 50 faizi seçkilərdə iştirak etmirdisə, seçki baş tutmamış sayılırdı. Onu da qeyd edim ki, həmin ərəfədə mən Moskvada Ali Milis Akademiyasında kursda idim. Nəhayət, ölkə üzrə mövcud olan 450 seçki dairəsinin 9-da ilk seçki baş tutmadığı üçün 1991-ci ilin mart ayında üçüncü tur seçikilər keçirildi və 139 saylı Ağdaş şəhər seçki daiəsi də üçüncü tur seçkilər keçirilən dairələrdən sayılırdı. Seçkilərin ilk mərhələlərində Elmira Qafarova, Məlahət Xəlilova və DOSAF-ın sədri Sərdar İsrafilov rayon ərazisindəki 4 dairənin 3-dən deputat seçilmişdilər. Seçkilərin üçüncü turunda rayon hüquq-mühafizə orqanları, prokurorluq, məhkəmə tərəfindən mənim namizədliyimin irəli sürülməsini təklif edildi və mən də bununla razılaşdım. Ümumilikdə seçkilərdə 12 namizəd mübarizə aparırdı. Onların içərisində “Azərenerji”nin rəhbəri Müslüm İmanov, iş və elm adamı Tofiq Mahmudov, eləcə də bir sıra tanınmış şəxslər vardı. Səsvermə günü seçicilərin 83 faizi seçkilərdə iştirak etdi və səsvermədə iştirak edənlərin 87 mənə səs verdi. Beləliklə, 1991-ci ilin mart ayında keçirilən üçüncü tur seçkilərdə Ali Sovetə deputat seçildim. May ayında parlamentin ilk iclasına qatıldım. Ali Sovetin mandat komissiyası bizi təsdiq etdi. İlk iclasdaca bir sıra çıxışlar etdim, Qarabağ probleminə toxundum. Artıq payızda parlamentin növbəti sessiyasi başladı. Həmin ərəfədə parlamentdə Heydər Əliyevə qarşı güclü bir kampaniya başladı. Artıq rayonların birinci katibləri deputatları yığıb tapşırırdılar ki, Mərkəzi Komitədən tapşırıq verilib və mütləq iclaslarda Heydər Əliyevin əleyhinə çıxış etməlisiniz. Hətta tapşırıq verilirdi ki, iclaslarda Heydər Əliyevə qarşı hörmətsizlik edilməlidir. Belə ki, Heydər Əliyev parlamentin iclasına qatılarkən onun çıxış etməsinə imkan verilmir, iclas başa çatdıqdan sonra Heydər Əliyevin iclas zalını tərk etməsinə şərait yaradılmırdı. Açıq-aşkar Heydər Əliyevə qarşı hörmətsizlik edilirdi. Zaldan çıxarkən deputat həmkarlarımın qarşısında dayanır və Heydər Əliyevin zaldan çıxmasına şərait yaradırdım. Heydər Əliyev də bir növ təccüblə mənə baxırdı. Həmin dövrdə Heydər Əliyev parlamentin iki iclasında, yaz və payız sessiyasında iştirak etdi. Yalnız həmin dövrdə Ali Sovetin qəbul şöbəsinin müdiri olan Çingiz Fərəcov, Arif Rəhimzadə, Naxçıvandan olan deputatlardan Eldar İbrahimov, Allahverdi Həsənov, Məmməd Abbasov və bir sıra başqa şəxslər Heydər Əliyevin qarşılanması, yola salınması və ona yaxından diqqət göstərilməsi üçün əllərindən gələni edirdilər. Başqa heç kim qorxusundan Heydər Əliyevə yaxın gələ bilmirdi. Yaxud Heydər Əliyevlə yaxınlıq yaratmaq istəyənlər isə bir qədər ehtiyat edirdilər. Bir başqaları isə bizi qəzəblə, kin dolu baxışlarla müşayət edirdi.

- Heydər Əliyevi müdafiə etdiyiniz üçün sizə istər Ali Sovet, istərsə də Daxili İşlər Nazirliyi tərəfindən təzyiq olurdumu?

- Təbii ki, mənim Heydər Əliyevi parlamentə dəvət etməyim hər kəsin yaddaşında həkk olunmuşdu və bəziləri mənə yaxınlaşıb həmin çıxışın çox yüksək olduğunu deyir, bəziləri isə Heydər Əliyevin müdafiəçisi kimi mənə qəzəblə baxırdılar. Ancaq birbaşa irad bildirməsələr də, hiss edirdim ki, Heydər Əliyevi müdafiə etməyimdəm qəzəblənirlər. Həm Mütəllibov, həm də AXC hakimiyyəti, zamanında bu cür münasibəti hiss edirdim. Hətta mənə müəyyən vəzifələr də vəd edilirdi. Açıq şəkildə isə hansısa təzyiq, təhdid edilmirdi. Çünki məni tanıyanlar xüsusiyyətlərimə bələd idi və bilirdilər ki, mən tuduğum yoldan geri çəkilən deyiləm. Hətta o zaman Ağdaş Rayon Partiya Komitəsinin birinci katibi də mənə Heydər Əliyevi müdafiə etdiyimə görə irad bildirmirdi. Ancaq içəridən sanki qovrulurdu ki, mənə görə onu vəzifədən çıxaracaqlar. Daxili İşlər Nazirliyindən də mənə irad bildirilmirdi. Çünki xasiyyətimi yaxşı bilirdilər. Hətta atam da mənə ehtiyatlı olmağı, çıxış etməməyi tövsiyyə edirdi. Mən isə öz yolumdan dönən deyildim. Həmin vaxt deputatların statusu haqqında qanun vardı və qanunda qeyd olunurdu ki, deputatın razılığı olmadan onu vəzifədən kənarlaşdırmaq qeyri-mümkündür. Hətta deputatın səlahiyyət müddəti başa çatdıqdan sonra iki ərzində onu vəzifədən azad azad etmək mümkün deyildi. Bunu da nazirlər bildiyi üçün hansısa qanunsuz hərəkətə yol vermirdilər.

- Bəs 1992-ci ilin may hadisələrini necə xatırlayırsınız?

- 1992-ci ilin may ayında bizi parlamentə çağırdılar. Belə bir məsələ gündəliyə təqdim olunur ki, Ayaz Mütəllibov yenidən öz vəzifəsinə qayıtmalıdır. Təbii ki, mən buna öz kəskin etirazımı bildirirəm. Hətta Ali Sovetin sədri Yaqub Məmmədovun yanına qalxaraq bildirirəm ki, Ayaz Mütəllibovun yenidən hakimiyyətə qayıtması düzgün deyil və dünya praktikasında belə bir hal yoxdur. Belə bir prosedur yoxdur ki, ölkə prezidenti istefa versin və üzərindən iki ay keçdikdən sonra yenidən hakimiyyətə qayıtmaq istəsin. Həmin vaxt Yaqub Məmmədov İran İslam Respublikasına səfərə gedirdi və bildirdi ki, səfərdən qayıtdıqdan sonra bu məsələyə baxarıq. Eyni zamanda Yaqub Məmmədovun diqqətinə onu da çatdırıram ki, bu məsələləri Naxçıvana gedib Heydər Əliyevlə birlikdə müzakirə etsə daha yaxşı olar.

- Bəs həmin hadisələr zamanı sizdən başqa daha kimlər Heydər Əliyevi müdafiə edir, onun hakimiyyətə qayıdışına çalışırdılar?

- Həmin dövrlərdə mənim elmi rəhbərim olan Murtuz Ələsgərovun adını xüsusi qeyd etmək istərdim. Məlumat üçün qeyd edim ki, o vaxt mən Bakı Dövlət Universitetinin beynəlxalq hüquq sahəsində aspirantı idim və Murtuz Ələsgərov da mənim elmi rəhbərim idi. Biz tez-tez onunla görüşürdük və qərara gəldik ki, hakimiyyətin və dövlətin belə bir çətin vəziyyətdən azad olunmasının yeganə yolu Heydər Əliyevin Bakıya qayıtmasındadır. Həmin dövrdə Murtuz Ələsgərov həm də AXC-nin fəal üzvlərindən biri idi. O, bəzən Ağdaş rayonuna gəlir, orada AXC-nin fəalları ilə mitinqlər keçirirdi. Eyni zamanda o mənimlə də görüşürdü. Çünki o, mənim elmi rəhbərim olduğu üçün tez-tez onunla görüşür, məsləhətlər aparırdıq. Eyni zamanda Sirus Təbrizli də o vaxt AXC-nin fəal üzvlərindən idi. Biz onunla 1991-ci ildə Bakı Şəhər Daxili İşlər İdarəsinin ümumi şöbəsinin müdiri Məcid Kərimovun vasitəsilə görüşdük. Sirus Təbrizli yazıçı-publisist kimi həm də atamın yaxın yoldaşı idi və məni yaxşı tanıyırdı. Həmçinin Eldar İbrahimov, Arif Rəhimzadə, Rəfael Allahverdiyev, Samur Novruzov, Ziya Bünyadov, Əli Nağıyev və digərləri də bu proseslərdə fəal iştirak edirdilər.

- Cahangir müəllim, bəs həmin vaxt Heydər Əliyevlə hansısa formada əlaqə saxlaya, yaxud fikirlərinizi ona çatdıra bilrdinizmi? Ümumiyyətlə bu işdə sizlərə kim kömək edirdi?

- Parlamentin deputatları Arif Rəhimzadə və Eldar İbrahimov bu işlərdə çox fəal idilər. Eldar İbrahimov bizə Naxçıvandan məlumatlar gətirir, bizi məlumatlandırırdı. Heydər Əliyevin sözlərini, fikirlərini bizə çatdırırdı. O dövrdə AMEA-dan Fərəməz Maqsudov, Hacibala Abutalubov, Ramiz Rzayev, Zahid Qaralov və başqaları ilə akademiyanın Rəyasət Heyətinin binasında toplantı keçırtmək qərarına gəldık. Həmin vaxt Səbail rayon polis şöbəsinin əməkdaşları toplantının keçirilməsinə mane olmağa çalışırdılar.  Lakin biz mübarizəmizi davam etdirirdik.

- Həmin dövrdə gənclərdən bu prosesə qoşulan vardımı?

- Əlbəttə. Gənclərdən Ziyafət Əsgərov, Siyavus Novruzov, Abdin Fərzəliyev və başqaları da bu istiqamətdə aktiv mübarizəyə qoşulmuşdu və fəallıq göstərirdilər Parlamentdəki məlum çıxışımdan sonra mənimlə həmfikir olan insanlar məhz bunlar idi. Bundan başqa da onlarla ınsan artıq mübarızəyə qoşulmuşdu. Artıq Yeni Azərbaycan Partiyasının yaradılması məqsədilə hərəkat başlanılmışdı. ‘Səs’ qəzetındə 1992-cı ılın ıyun ayında ”Heydər Əlıyevı biz hakımıyyətə dəvət etməlıyık” başlığı ılə məqalə dərc olundu.  91 nəfər Azərbaycan zıyalıları bu müracıətə ımza atmışdılar. Həmin hərakata da akademık Calal Əlıyev rəhbərlık edırdı. Hətta AXC-nin içərisində də Heydər Əliyevi dəstəkləyən güclər, fikirlər var idı.  Həmın dövrdə  Ayaz Mütəllıbovun hakımıyyətə qayıdışından qəzəblənən ınsanlar buna kəskın etıraz etdılər. Mınlərlə ınsan Səbaıl rayonunda yerləşən AXC-nın bınasınn qarşısına toplaşdılar.  AXC quvvələrı ısə sılahdan ıstıfadə edıb parlamentın bınasını ələ keçırdılər. Əlbəttə bu haqlı etıraz ıdı. Daha sonra 14 mayda fövqəladə sessıya çağırıldı. Artıq Yaqub Məmmədov Alı Sovetın sədrlıyındən ıstefa vermışdı. Alı Sovetın sədrlıyınə  Isa Qəmbərın namızədlıyı ırəlı sürüldü. Milli Şuranın üzvü kimi Arif Rəhimzadə də Heydər Əliyevin Ali Sovetin sədri vəzifəsinə namizədliyini irəli sürdü. Bundan sonra isə  mən də çıxış edərək Heydər Əliyevın namızədliyini dəstəklədım.  Hətta həmin iclas zamanı təklif etdim ki, ya Heydər Əliyevi Ali Sovetin sədri seçək, ya da Milli Şuranın tərkibində koalision hökumət yaradaq. Heydər Əliyev və başqa siyasi qüvvələr də həmin koalision hökumətdə iştirak etsin. Bu həmin dövr üçün daha münasib bir sistem idi.

- Bəs bu təklifə kimlər qarşı çıxdı?

- Təbii ki, o vaxt hakimiyyətə gəlmək istəyən AXC-nin radikal qanadı buna getmədi. Hətta onlar Heydər Əliyevlə telefon əlaqəsi yaratmaq cəhdlərinin qarşısını alırdılar. Cəmiyyəti çaşdırmaq üçün iddia edirdilər ki, Heydər Əliyev şəxsən Ali Sovetin sədri olmaq istəmir.

- Ancaq səhv etmirəmsə 1992-ci ildə Ali Sovetdə Heydər Əliyevin müdafiəsi məqsədi daşıyan çıxışınız bəzi cəbhəçilər tərəfindən bəyənilib

- Bəli. Hətta həmin çıxışdan sonra AXC-dən olan Tahir Kərimov mənə yaxınlaşaraq bildirdi ki, çox doğru və gözəl çıxış etdin. Yəni AXC-nin içərisində də Heydər Əliyevi dəstəkləyən güclər, fikirlər vardı. Məhz ona görə də ümummilli liderin hakimiyyətə qayıdışı sürətli proses aldı.

- Bəs həmin dövrdə Ali Sovetin üzvlərinin səlahiyyətlərinin məhdudlaşdırılaraq Milli Şuranın yaradılması nə dərəcədə doğru bir addım idi?

- 14 may sessıyasında Isa Qəmbər Alı Sovetın sədrı seçıldı. AXC hakımıyyətı elə ılk ıclasda antikonistitusion qaydada parlamentin 390 nəfər üzvünün səlahiyyətini əlindən alaraq 50 nəfərdən ibarət Milli Şuraya verdi . Bildirildi ki, qanunverici  hakimiyyət Milli Şura tərəfindən idarə olunacaq.  Ancaq dünya praktikasında və hüquqda belə bir şey yox idi ki, xalq tərəfindən seçilmiş parlamentin üzvlərinin səsi əllərindən alınaraq onların fəaliyyəti dondudurulsun.  Mən bu addıma qarşı parlamentdə etirazımı bildirdim və qeyd etdim ki, dünya parlament praktikasında belə bir hal yoxdur ki, parlamentin üzvlərini səlahiyyətləri dondurulsun. Təklif etdim ki, parlament buraxılmalı və yeni seçkilər təyin olunmalıdır. Lakin silahla hakimiyyətə gələn AXC hakimiyyəti bunlara heç bir əhəmiyyət vermədi. Mən ertəsi gün    Milli Şuraya üzv qəbul edilmək barədə ərizə ilə müraciət etdim. Ərizəmdə də göstərdim ki, artıq milis rəisi kimi vəzifəmdəm istefa verib Milli Şuranın üzvü kimi fəaliyyət göstərmək istəyirəm. Təbii ki, mənim ərizəmə heç bir reaksiya bildirilmədi və səsə qoyulmadı. Bir müddətden sonra isə AXC hakimiyyəti total kadr dəyişikliklərinə başladı. Respublikada bütün təcrübəli, sərıştəlı ınsanlar vəzifələrindən kənarlaşdırıldılar. Onların yerinə isə heç bir səriştəsi olmayan insanlar vəzifələrə təyin olundular. Rayonlardakı təsərrufat rəhbərlərındə də kadr dəyişiklikləri həyata keçirildi. Bu siyasət isə respublikanın iqdisadiyyatını daha da gerı apardı.  Həmçinin həyata keçirilən siyasət xarici siyasət sahəsində də demək olar ki, uğursuzluqlara gətirib çıxartdı. Tezlıklə mən də   Ağdaş rayonundan Biləsuvar rayonuna milis rəisi göndərildim. Əlbəttə ki, bu təyinata qarşı da etirazımı bildirdim. Həmin vaxt Bilasuvar rayonunda kriminogen vəziyyət ağır idi. Iranla sərhəd dağıdılmış,  qaçaqmalçılıq halları artmışdı. Mən çətinliklə də olsa qısa müddətdə bu kimi neqativ hallara qarşı mübarizə aparır və baş verən cinayətlərin qarşısını alırdım. 1992-ci ilin oktyabr ayında 9 ayın yekunları ilə bağlı Daxili İşlər Nazirliyinin kolegiyasına dəvət aldıq. Kollegiyada daxili işlər naziri İsgəndər Həmidov Naxçıvanda gedən hadisələrdən qəzəblənib belə bir əmr verdi ki, bütün kollegiyada iştrak edən insanlar səhər Binə aeroportuna gəlsinlər və biz Naxçıvana üçüb Heydər Əliyevi Naxçıvan Milli Məclisinin sədri vəzifəsindən devirməliyik.  Əlbəttə, bu gülünc və ağılsız bir hərəkət idi. Ancaq narahat olmağa dəyərdi. Kollegiya iclası başa çatan kimi Prezident Aparatına getdim.  Nazirlər Kabinetinin binasında yerləşən prezidentin xüsusi mühafizə xidmətinin rəisi Vaqif Axundovla görüşüb bu hadisələri ona danışdım. Onun müavini, əslən göyçaylı olan, əvvəllər Daxili İşlər orqanının mühafizə idarəsində çalışan və Əbülfəz Elçibəyin yaxın dostu, eləcə də mənin yaxından tanıdığım Oqtay Məmmədov da kabinetə gəldi.  O, da mənimlə səmimi görüşdü. Mən Oqtay Məmmədova Daxili İşlər Nazirliyinin Kollegiya iclasında İsgəndər Həmidovun çıxışını xatırlatdım və ağılsız hərəkət etdiyini bildirdim. Əlbəttə ki, Vaqif Axundov və Oqtay Məmmədov bu sözləri eşidib çox narahat oldular. Mən Oqtay Məmmədova dedim ki, siz baş verənlər barədə prezident Əbülfəz Elçibəyə məruzə edin, bu hadisənin qarşısını alsın. Oqtay Məmmədov da öz növbəsində bu hadisənin mütləq prezidentə məruzə ediləcəyini bildirdi. Bu vaxt Nazirlər Kabinetinin ikinci mərtəbəsində yerləşən Vaqif Axundovun otağı qarşısında səs-küy eşidildi. Biz tez dəhlizə çıxdıq. Dəhlizdə Daxili İşlər Nazirliyinin o dövrdəki banditizm idarəsinin rəisi, əvvəllər rejissor işləmiş, İsgəndər Həmidovun yaxın dostu Nizami ətrafına topladığı bir neçə əməkdaşı ilə mühafizə xidmətinin otağına daxil olmaq istəyirdilər. Mühafizə xidmətinin qapıda dayanan əsgəri isə avtomatı onların üzərinə çəkib öz xidməti borcunu yerinə yetirmək məqsədilə onları içəri buraxmaq istəmirdi. Bəlkə də onların məqsədi Nazirlər Kabinetinə gəldiyimi eşidib məni buradan aparmaq idi. Lakin onlar Vaqif Axundovu, Oqtay Məmmədovu mənimlə birgə görüb geri çəkildilər. Biz bu hadisələri maraqla izləyərkən onların, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərindəki nümayəndəsi Həsən Zeynalovu hansısa kabinetdən çıxardıb zorla öz maşınlarına mindirib apardıqlarının şahidi olduq. Mən Oqtay Məmmədova daha əlavə nə isə izah etməyi ehtiyac bilmədim və Ali Sovetə gedərək bu məlumatı Milli Şura üzvlərınə çatdırdım.

- Bəs İsgəndər Həmidovun Naxçıvana səfəri baş tutdumu?

 Ardı növbəti sayımızda… Sabiq deputat Cahangir Hüseynovun “OLAYLAR”-a müsahibəsi.

 Ardı növbəti sayımızda… 

Şərhlər