Necla Sezer: “Müsəlman ölkələrində qadın olmaq çox cətindir”

02.06.2015 14:03     Müsahibə     2315

Qadın istəsə, sevgi dili ilə hər şeyi yoluna qoya bilər...

Necla Sezer. Onu illər öncə tanıdım. Və hər ötən gün, bu qadının enerjisi, insanlara sevgi dolu yanaşması məni heyrətləndirdi. Yorulmadan, usanmadan calışan, bildiyini hamı ilə bölüşən bir xanımdır. Calışmaları ilə yanaşı, həm də cox gözəl anadır Nəcla xanım. Bir sözlə örnək bir xanımdır. Onu tanıdığım üçün çox şanslıyam. Özünü yetişdirməyi yaxşı bilən insanlardandır. Əyilməz, qorxmaz, bir dəfə öləcəyini özünə deviz secərək, yoluna qorxusuz bir şəkildə davam edən, ən zor anlarında belə ayaqda dura bilən, iki övladını ləyaqəti ilə böyüdüb, cəmiyyətə sağlam bir şəkildə təqdim edən bu xanımla qadınlarla bağlı söhbətləşdik. İnanıram ki, bu kiçik söhbətimizdə, böyük əksəriyyət olmasa da, bəzi qadınlar mütləq özünə nəsə götürə biləcək.

 

-Oxucularımızın sizi tanımasını istərdik. Kimdir Necla xanım?

- Necla Sezer bir təhsil könüllüsüdür. Cümhuriyyətin, müstəqiliyin sevdalısı olan qadınlardan sadəcə bir dənəsidir. Təqaüddə olan müəlliməyəm. Təqaüdə çıxandan sonra, daha aktiv halda fəaliyyət göstərməyə, sosial aktivitələrdə yaxından iştirak etməyə başladım. Körpələr evində, qadın sığınacaqlarında bir sıra layihələr həyata kecirdim. Və hələ də bu yöndə əlimdən gələni etməyə calışır, qadınlarımızın maarifləndirilməsi ücün, sevdalısı olduğum dünyəvi düşüncənin əsgəri kimi, Atatürkümüzün qurduğu dövlətə sadiq olmağa calışıram.

- Bir müəllimə və qadın kimi, cəmiyyətimizdə, qadın olmanın cətinliyi haqqında nə deyə bilərsiniz?

- Qadın olmanın çətinliyi... Kişilərin hakim olduğu bir cəmiyyətdə yaşayırıq. Üstəlik, müsəlman ölkələrində qadın olmaq çox cətindir. Cünkü təhsilin səviyyəsi cox aşağıdır. Təhsil səviyyəsi aşağı olan ölkələrdə isə, qadına ancaq cinsi baxımdan yanaşılır. Çalışan qadınların işi, inanın, daha çətindir. Kişilər sərbəst, çalışan qadınların onlar ücün daha rahat əldə ediləcək qadın kimi görürlər... Bizi idarə edənlər belə başıaçıq qadını pərdəsiz ev kimi görürsə, düşünün işimiz nə qədər cətindir?! Türk qadınının Atatürkə çox şeydə borcu var...

- Qadına qarşı zorakılıq hər zaman mövcud olub. Son dövrlərdə bu hallar daha da artıb. Sizcə, buna səbəb nədir?

- Son illərdə qadına qarşı zorakılığın artış səbəbi... Bir əlində Quran tutan, hər cür günahlarının səbəbini qadında axtaran, “mən sevərəm də, döyərəm də” - deyən, qadının üzərində hər cür haqqı olduğunu düşünən, cahil, özünü bəyənmiş kişiciklərin hakimiyyətdə olmasıdır. Kişilər qadının dəyərini bilə bilməz, bilmirlər də. Öz qiymətini, dəyərini hesablayan qadındır. Qadın hər şeydən öncə cahilliyin daşınl atacaq, təhsilli olacaq, ən azından bir peşə sahibi olacaq. Bir kişinin köləsi kimi yox, ərinin həyat yoldaşı olacaq. Qadının dili sevgi dili olarsa, beyinlərdən keçəni yaxşı oxuya bilərsə, baş verə biləcək hadisələrdə pisliyin hardan gələcəyini müəyyən edərsə, hesab edirəm ki, bu cür ağıllı addımlar qadınları bir nəbzə də olsa, qoruya bilər. Türkiyədə qadını qoruyan qanunlar yoxdur, qadın sahibsiz bıraxılıb. Çünkü kişilər qadını hər zaman yadlaşdırıblar, hər problemin səbəb kimi qadını görmüşlər. Məhkəmələrdə haqlı olaraq girdiyi salondan haqsız çıxır əksər zamanda qadınlar. Çünkü qanunu yazanlar hər zaman kişilərdir. Özlərinə görə də qanunu yazıb, qəbul etdirirlər. Məncə, bu qanunu qadınlar yazmalıdr.

- Bu sual bəlkə də xoşunuza gəlməyəcək. Amma soruşmaq istəyirəm. Bütün hallarda kişilər günahkardır. Qadınların heçmi günahı yoxdur?

- Mənim xoşuma gəlsə də, gəlməsə də, bütün günahın kişilərdə olduğunu deyə bilmərik. Qadınlarda da günah var. İlk olaraq qadın özünü çox yaxşı yetişdirməlidir. Baxın, xüsusən də oxusun demirəm. Oxumaq əlbəttə çox önəmildir. Amma, qadın aldığı təhsili davam etdirməzsə, heç bir işə yaramaz. Belə olduğu halda, o təhsil sadəcə seçki qutusuna atdığı bir kağız dəyərindədir. Allah qadını özəl yaradıb. Torpaq anamız kimi, məhsuldardır qadın. Buna görə də qadın istəsə olduğu hər yeri cənnətə çevirir. Daxili duyğuları çox geniş və inkişaf edə biləndir qadın. Qadın kişisini pul ağacı kimi görməməlidir. Necə olsa, mənim rəsmi nigahlı ərimdir deyib, özünün hər cür görməmişliyi edə biləcəyi dərəcəsinə gətirməməlidir. Bunu etməyə haqqı var, düşünməməlidir. Kişisinə “evləndik, məcbursan mənə baxmağa” - deməməlidr. Həyat iki baş bir sevgi ilə yola qoyulubsa cəkilir, evdə iki nəfərlik tənhalıq olursa, o həyat cəhənnəmdən betərdir. Qadın istəsə, sevgi dili ilə hər şeyi yoluna qoya bilər. Əgər qarşısndakı kişidə sapqın, kor cahil deyildirsə.

- Bizə vaxt ayırdığınız ücün cox sağ olun. Son olaraq Azərbaycanda və Türkiyədə yaşayan xanımlarımıza nə məsləhət görərdiniz?

- Dünyanın hər yerində qadın qadındır. Sadəcə, təhsilli və təhsilsizi var. Mən sizin ölkənizdə qadınların böyük əksəriyyətinin təhsilli olması və özünü yetişdirməsini çox bəyənirəm. Müstəqilik müharibəsində verdikləri qurbanlarının acısını ürəyində basdıran, bu hüquqlarına sonuna kimi sahib çıxma müharibəsi aparan bütün qadınlarınıza salam olsun. Təhsil səfərbərliyi mənim ölkəmdə bu cür uğur qazanılmır. Çünkü çirkli siyasət oyunçusu kişilərin əlində qadınlar oyuncağa cevrilib. Və heç cür kimliyini tapa bilmirlər. Atütrkün ucaltdığı Türk qadını hüquqlarına sahib çıxmır. İqtisadi baxımından kişidən asılı olan qadınlar buna görə də kişilərin yanında yox, hər zaman iki addım o tərəfdə dayanır. Ərini çörək qapısı kimi gördüyündən, kişinin dediyi, hər yalan - dolana “hə” - deyir, səhv olduğunu bildiyi halda haqlısan deyir. Bunlar mənim yaşadığım ətrafımda gördüyüm həqiqətlərdir. Əslində qadın dünyanın mərkəzidir. Amma bunu özümüz belə bilmirik. Kişiləri də bu qorxudr. Çünkü onlar bunu cox yaxşı görürlər. Ona görə də, qadını hər zaman özlərindən asılı vəziyətə salır, qorxudub, özlərinə kölə etməyə calışırlar. Bütün dünyada qadınlar hər şeyin ən yaxşısına layiqdirlər. Çünkü dünənin, bu günün və sabahın memarı bizik.

 

Nigar Borək (Abdullayeva)

Şərhlər