Millət vəkili türk əsgərinin müdafiəsinə qalxdı

23.07.2016 12:22     Müsahibə     1729

“Onların küçələrdə döyülməsi, həlak olan əsgərlərin dəfn edilməməsi faşizmdir”

Məlum olduğu kimi, Türkiyədə hərbi qiyam zamanı öldürülən türk əsgər və zabitlərinin dəfni zamanı dini ayinlərin icrasından imtina olunub.

Bununla bağlı Moderator.az-a açıqlama verən millət vəkili Araz Əlizadə baş verənləri insanlıqdan uzaq addım, faşizm kimi dəyərləndirib və türk əsgərinə bu münasibətin yolverilməz olduğunu bildirib:

“Bu cür fitva verənlərin özləri xalqın və dinin düşmənləridir. Ötən gün Türkiyə televiziyasında bir hadisə haqqında danışılırdı. İki gün əvvəl orduya çağırılan bir gənc bu hadisələr zamanı həlak olub, onu basdırmağa qoymurlar. Bu, faşizmdir. Əsgərlərin küçələrdə döyülməsi faşizmdir. Mən gözlərimə inana bilmirəm. Həmin Türkiyə ki, orada əsgərə mehmedcik,  yəni Məhəmmədin övladları deyilirdi, necə olur ki, indi onları kütlə döyür? O hərbçilər ki, onların başına and içirdilər, necə olur ki, onları zorakılığa məruz qoyurlar? Bunların hamısı hazırlanmış bir şeydir. Bu qiyamın özü də  mənə 91-cı ildə SSRİ-də olan KQCP-ni xatırlatdı. Mən inanmıram ki, türk hərbçiləri bu cür savadsız, səviyyəsiz qiyam hazırlasınlar. Türkiyənin zabitləri çox güclü zabitlərdir. Əgər onlar həqiqətən də qiyam etmək istəsəydilər, öz məqsədlərinə çatardılar. Insan qisas hissi ilə yaşamamalıdır. Insan qisas hissi ilə yaşayırsa, öz insanlığını itirir”.

 

Reaksiya.az

Şərhlər