Azərbaycan Ordusunun “Əbədiyaşar Ali Baş Komandan” ekspedisiyası başa çatıb

19.12.2019 13:59     Müsahibə     1646

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun tapşırığına əsasən Azərbaycan Ordusunun bütün qoşun növləri, Əlahiddə Ümumqoşun Ordusu, hərbi birlik və birləşmələr, xüsusi təyinatlı hərbi təhsil müəssisələrində xalqımızın ümummilli lideri Heydər Əliyevin anım günü ilə əlaqədar silsilə tədbirlər keçirilib.

Bu barədə Reaksiya.az -a  Müdafiə Nazirliyindən məlumat verilib. 

Tədbirlər çərçivəsində Müdafiə nazirinin müvafiq əmri ilə hərbi alpinistlərimizin “Əbədiyaşar Ali Baş Komandan” adlı ekspedisiyası təşkil olunub.

Ekspedisiya zamanı hərbi alpinistlər polkovnik-leytenant Zal Nəbiyev və baş leytenant Ülvi Məmmədli respublikamızın ərazisində yerləşən Böyük Qafqaz dağ silsiləsinin ikinci ən yüksək zirvəsi olan “Şahdağ” (4243 m) və “Heydər Əliyev” (3763 m) zirvələrinə qalxaraq orada Azərbaycan Ordusunun və Hərbi Hava Qüvvələrinin bayraqlarını dalğalandırıblar.

 

 

 

Advertisement Banner

Şərhlər