Kəmiyyətə yox, keyfiyyətə üstünlük verəcəyik - Arzuxan Əlizadə

26.08.2015 13:03     Müsahibə     3073

Xəbər verdiyimiz kimi, Azərbaycan 2015-ci il parlament seçkiləri keçiriləcək. Artıq seçkilərə hazırlıq prosesinə başlanılıb. Müxtəlif partiyalar tam, yaxud ilkin namizəd siyahılarını artıq təsdiq ediblər. Azərbaycan Milli İstiqlal Partiyası(AMİP)  da dünən keçirdiyi iclasda namizədlərin ilkin siyahısını təsdiqləyib. Reaksiya.az AMİP-in baş Katibi Arzuxan Əlizadədən mövzu ilə bağlı aldığı müsahibəsini təqdim edir:

- Milli İstiqlal partiyası seçkilərə necə hazırlaşır?

- Hələ 6 ay öncə seçkilərə start verilib.  Aprel ayında Mərkəzi Şuranın iclasında seçkilərə hazırlıqların başlanması qərara alınıb. Bundan sonra bütünlükdə rayon təşkilatlarına seçkilərə hazırlaşmaq barədə tapşırıqlara əsasən ilkin olaraq 15 nəfərin namizədliyi təsdiqlənib.  Artıq bu 125 nəfərin adları mətbuata verilib. Və iclasda qərar verildi ki, növbəti iclasda digər dairələrdən namizədliyi irəli sürmüş şəxslərin namizədliyi təsdiqlənsin.  

- Daha neçə namizədin təsdiq edilməsi gözlənilir?

- Keçən dəfə  95 dairə üzrə namizədlik vermişdik.  Bu dəfə bir qədər fərqli taktika ilə çıxış edəcəyik. Şansları çox olan namizədlərə üsxtünlük verəcəyik. Kəmiyyətə yox, keyfiyyətə daha çox üstrünlük vermək istəyirik. Hansı dairələrdə namizədlərimiz daha şanslıdırsa, partiyanın bütün resurslarını həmin dairəyə yönləndirəcəyik. Buna görə də konkret olaraq neçə dairə üzrə namizədimiz var bunu konkret deyə bilməyəcəyik. 15 nəfər təsdiqlənib artıq. Siyasi şuranın növbəti iclasında da 10-15 namizədin təsdiq edilməsini planlaşdırırıq.

- Bəs siz özünüz namizədlik verəcəksinizmi?

- Nəzərdə tutmuşam bəli. Hələ dairəni müəyyənləşdirirəm deyə,  dünənki iclasda mənim də namizədliyim təsdiqlənməyib. Öz təşəbbüsümlə namizdəliklə bağlı məsələni Siyasi şuranın növbəti iclasına saxlamışam. Bakıdan verəcəm namizədliyimi, amma hansı dairə olduğunu müəyyənləşdirməmişəm.  Amma bir neçə dairə var ki  əvvəl də həmin dairələrdən namizədliyim olub, yaşadıöım ərazidə yerləşir və bütün bu nüanslar nəzərə alınaraq, növbəti iclasda namizədliyimi verəcəyəm.

- Namizədlər içərisində neçə qadın namizdə var?

- Hələlik ilkçin siyahımızda 2 xanım namizədimiz var. Ümumiyyətlə götürəndə AMİP-də qadınlar müxtəlif təşkilatlarda,  Siyasi Şurada təmsil olunurlar. Növbəti iclasımızda da yəqin  ki, yenə qadın namizədlərimiz olacaq. Yekun siyahı hazır olmadan nəsə demək olmaz.  Əvvəlki seçkilərdə kifayət qədər çox idi. Hardasa ümumi sayın 30% -ə qədəri qadın namizədlər idi.

- Siyasi Şuranın növbəti iclası nə zaman olacaq?

- Növbəti iclas bu həftənin sonunda olacaq və namizədlərin siyahısı orda müəyyənləşəcək.  

Şərhlər