Hasan Oktay: "Ümid edirik ki, Rusiya MHP-nin bu həssaslığına lazımi diqqəti göstərəcək"...

10.06.2015 15:38     Müsahibə     2203

Kafkassam başkanı dr.Həsən Oktay Reaksiya.az sullarını cavablandırır.

 

 

-Həsən bəy, MHP – nin “Turk axını” ilə bağlı düşüncələri nələrdir? Bu layihəyə dəstək verəcəkmi?

-MHP Türk milliyyətçiliyini nəzərə alaraq Türkiyədə siyasət aparan bir partiyadır. Sosioloji baxımdam milliyyətçilik tərifləri MHP-nin tətbiq etdiyi siyasəti təsvir etməyə çatmaz. Düşmənliklərlə yox, regional əməkdaşlıqlarla dünyaya baxması MHP üçün vacib bir addımdır. Rusiya - Türkiyə əlaqələri son 10 ildə çox uğurla davam etdirilir. Enerji Rusiya üçün olmazsa olmaz ehtiyatların başında gəlir və qonşu ölkə bu enerjini, xüsusilə təbii qazı dünya bazarına çıxarmaq məcburiyyətindədir. Türkiyədən dünyaya açılması Rusiya baxımından daha təhlükəsiz və daha asandır. MHP Türkiyənin gələcəyini enerji təhlükəsizliyində görür və ona uyğun hərəkət edir. Bunun üçün “Türk axını”, TANAP, TAP kimi enerji layihələrinə müsbət yanaşır. Rusiya üçün bu layihələr nə qədər əhəmiyyətlidirsə, Türkiyə baxımından da son dərəcə əhəmiyyətlidir. Reallaşacaq bir AKP-MHP koalisiyasında Rusiyanın enerji ilə bağlı bütün layihələrinə dəstək veriləcək.

-Bəs Akkuyu ilə əlaqədar MHP – nin düşüncələri nələrdir? Bu layihəyə dəstək verəcəkmi?

-Akkuyu nüvə stansiyası layihəsi Türkiyənin 50 illik röyasıdır. ABŞ və AB ölkələri ilə Türkiyə nüvə enerjisi ilə çox danışıqlar aparmasına baxmayaraq, heç bir nəticə əldə edə bilməyib. Rusiya ilə qısa zamanda Akkuyu nüvə stansiyanın əsasının qoyulmas mərhələsinə gəlinməsi həm Rusiya, həm də Türkiyə üçün böyük bir qazancdır. MHP bu layihəyə olduqca müsbət yanaşır. Türkiyənin enerji ehtiyacını qarşılayacaq olan bu layihə və başqa layihələr müzakirə olunmalıdır. Nüvə enerjisi ilə bağlı dünya mətbuatında gedən mənfi informasiyalar nəzərə alınaraq daha təhlükəsiz bir nüvə stansiya qurulmalıdır.

-MHP Krım və Krım tatarları ilə bağlı nələr düşünür?

-Krım xüsusilə Ukraynada cərəyan edən Rusiya-AB rəqabətində çox əhəmiyyətli bir nöqtədədir. MHP üçün Krımın Ukraynada qalması və ya Rusiyaya qatılması mübahisəsindən çox Krım türklərinin ictimai, hüquqi, iqtisadi şərtlərinin əhəmiyyətli dərəcəsindədir. Krım 22 il Ukraynada əldə edilən şərtlərlə hazırki şərtlərlə MHP üçün diqqətlə izlənilən bir vəziyyətdir. Yəni, hələlik Rusiyada qalmaq Krım türkləri üçün daha realdır. Çünki müharibə birbaşa Krım türklərinə təsir etmir, yəni Krımın Ukraynada davam edən mühairbəyə çox da aidiyyatı yoxdur. MHP - ni birbaşa maraqlandıran mövzu budur. Bütün dünyadakı türklər sabitlik və rifah içində yaşamalıdır. Ümid edirik ki, Rusiya MHP-nin bu həssaslığına lazımi diqqəti göstərəcək.

-MHP hansı partiyalarla koalisiyaya gedə bilər?

-Əvvəlcə AKP seçkidən birinci partiya kimi çıxdığına görə koalisiyanı kiminlə quracağını özü müəyyənləşdirəcək.Hər bir variant nəzərdən keçirməli olan AKPdir. Amma gözlənilən AKP- MHP koalisiyasıdır. Bu 13 illik AKP iqtidarı dövründə edilən bir çox səhvin Türkiyə lehinə çevrilməsinin də önünü açacaq.

 

Rüfət

 

Reaksiya.az

Advertisement Banner

Şərhlər