Mustafa Aslan: "Millətin seçiminə hörmətlə yanaşıram" - FOTOLAR

16.06.2015 00:51     Müsahibə     2844

Türk-Atatürk-Türkiyə Cumhuriyyətinə muxalifət olan hər kəsi özümə rəqib elan etmişəm

Mustafa Aslanı uzun zamandır tanıyıram. Həm hazırladığı TV proqrmaları, həm yazdığı köşə yazıları,  həm yazdığı kitabları, həm yürütdüyü əxlaqlı siyasəti, həm də sazda ifa edərək, oxuduğu  yanıqlı türküləriylə hər zaman dostlarını təəccübləndirə bilənlərdəndir.  Bir sözlə, nə qədər yüksəklərə qalxsa belə, kimsəyə yuxarıdan aşağı baxmayan aydınlarımızdandır . Elə bu səbəbdəndir ki,  məndə daxil olmaqla onu yaxından tanıyanlar Mustafa bəyə “ağabeyim” deyə müraciət edir. Uşaqla uşaq, böyüklə böyükdür. Birdə Azərbaycan sevdası var ürəyində. Hər fürsətdə Azərbaycan deyən bu aydınımızı Reaksiya.Az oxucusunun da tanımasını istədik Beləliklə müsahibimiz. yazar-jurnalist-siyasətçi Mustafa Aslandır

 

-  Mustafa Aslan kimdir?

- Cavab veriləcək ən cətin sualdır. Amma yenə də cavab verəcəm. Mustafa Aslan aynaya baxdığımda gördüyüm adamdır. Bütün türkləri özünə oxşadan və ya özünü bütün türklərə bənzədən bir türkəm. 1953-cü il aprelin 17 də anadan olmuşam. 7 uşaqlı bir ailənin ikincisiyəm. Atam məmur olduğu ücün, uşaklığım Türkiyəni vilayət vilayət, qəsəbə, qəsəbə gəzməklə keçdi. Bu üzdəndə cox zəngin uşaklık dünyam var.  Türkiyə Cumhuriyəti sərhədləri içində Dünya Türklərini, o cümlədən də Azərbaycan Türklərinə siyasi ədəbiyyat qazandıran bir ailənin övladıyam. Azərbaycan türklüyünü Türkiyə ədəbiyyatına gətirən Ahmet Ali Arslanın (Qəribqafqaslı), doğmaca əmisi oğluyam. Ömrünü Dünya Türk Birliyinin ideologiyasına həsr etmiş, qarışqa boyunca yol qət edə-edə, hələ də bu yolda caba verən bir yazaram.

- Sizi həm siyasətçi, həm yazar, həmdə incəsənətə marağı olan biri olaraq tanıyırıq. Bunlar ayrı-ayrılıqda çətin deyil ki?

- Atalar "Can yanmazsa gözdən yaş cıxmaz" demişlır. Mən dünyanın harasında olursa olsun, bir türkün barmağına dikan batarsa, canı yanan türkəm.  Türkün tarixdə gördüyü işlər və şərəfli bir yolu olmasına rəğmən, özümündə olduğum nəslin  zavalı, imkansız, gücsüz göstərilməsini onuruma-qüruruma yedizdirə bilmirəm . Mən "yükü ağır eşşək yüyrük olacağına" görə, bu ağır yükün altında yüyrüklüyümün fərqində olmadan koşdum, koşuram, koşacağamda...

 

- Türkiyə çətin çir dönəmdən çıxdı. Partiyalardan danışmaq istəmirəm. Amma gedişatdan bəllidir ki, itirən Türkiyə oldu. Yəni, əsgərini və vətəndaşını şəhid edən terrorçuları məclisinə daşıyan tək dövlət Türkiyədir deyərdim. Sizin bu məsələdə düşüncəniz nədir?

- Sirdaş olmayanın sirri saxlanılmaz. "Qol qırılar içində qalar" mədəni yanaşmasına dayanaraq, qardaş ölkə Azərbaycanda olsa, ona dövlətimin idarəçiliyindəki zəyiflikdən danışmaq istəmirəm. Demokratiya gərəyincə bir seçki keçirilmiş, nəticə də olmuşdur. Demokaratiyada səhvi-doğrunu millət arayıb qərar verdiyi üçün, nəticəyə də hörmətlə yanaşıram.

- Azərbaycan kökənli bir ailənin övladısınız. Türkiyədə özünüzə qarşı hər hansı bir ayrım hiss etdinizmi?

- Mehmet Emin Yurdakul: "Ben bir Türk'üm, dinim cinsim uludur Sinem, özüm ateş ile doludur İnsan olan vatanının kuludur Türk evlâdı evde durmaz, giderim. " deyərkən, sanki məni təsvir edib. "Şəxslərin, millətlərin və dövlətlərin gücü, düşmənləriylə düz mütənasibdir" deyərkən, məndə düşmənlərimizdən həvəslənərək xalqımı, dövlətimi tərifləmək istəmişdim. Türküm deyən hər kəsi özümdən hesab etmiş biri olaraq, Türk-Atatürk-Türkiyə Cumhuriyyətinə muxalifət olan hər kəsi özümə rəqib elan etmişəm.  Bunu bilməyən yoxdur. Məni sevən və ya sevməyənlər də bilir. Dolayısıyla, kimsənin mənə ayrı-seçkilik gücü yoxdur. Mən də kimsəni bizdən deyil deyə kiçik görmərəm.

- Son olaraq oxucularımıza ne deyərdiniz?

- Azərbaycanı, Odlar Yurdunda olan canlarımı, qandaşlarımı cox sevirəm. Sevməyənin sevilməyəcəyinidə cox yaxşı bilirəm. Bəzən seviləndə sevilənini sevməyə bilir. Amma sevməyə də mane ola bilməz. Bir daha Azərbaycanı cox sevdiyimi və sizə, saytınız bütün kollektivinə  sonsuz təşəkürümü bildirirəm Mənə görə Türk Türkü qorumazsa Tanrı Türkü qorumaz.

 

Nigar Börek

Reaksiya.Az

 

 

 

 

Şərhlər