Fransa niyə hədəfə çevrildi?

16.11.2015 12:03     Müsahibə     3144

Parisdəki hücumdan sonra Fransadakı müsəlmanların cəmiyyətə uyğunlaşması mövzusu yenidən müzakirə edilməyə başlanıb. Günter Meyer Müsəlmanlara "digərləri" şəklində ayrı – seçkilik edilməsinin ən böyük problem olduğunu söyləyir.

 

13 Noyabr cümə gecəsi bir-birləriylə koordinasiyalı üç terrorist qrup altı ayrı məntəqədə eyni vaxtda hücumlar təşkil edərək Parisi qana buladı. Hədəflər arasında kafelər, restoranlar, Bataklan konsert salonu və Almaniya-Fransa futbol matçı da var idi. Hücumdan sonra istintaq başladı və hələ də qaranlıq qalan bir çox nöqtə var. Hücumun məsuliyyətini İŞİD terror təşkilatı öz üzərinə götürsə də, Mainz Universiteti Ərəb Dünyası Araşdırmaları Mərkəzinin Direktoru Günter Meyer, hücumun İŞİD tərəfindən planlandığına inanmır. Meyer Almaniyanın “Deutsche Welle” saytının suallarını cavablandırıb.

DW: Cənab Meyer, Parisdəki hücumların səbəbi Fransanın Suriyadakı fəaliyyətləriymiş kimi göstərilməyə çalışılır. Sizin proqnozlarınız nələrdir?

Günter Meyer: Suriya ilə əlaqəsi olduğu açıqdır. Hələ keçən həftə prezident  Olland Suriyada içində fransızların da olduğu bir təlim düşərgəsinə hücum əmri verdiyini açıqlamışdı. Olland beləcə hücumların Fransaya çatmasını maneə törətmək istədiyini söylədi. Burada birbaşa bir əlaqə mövcuddur. Sual isə bu hərəkatın həqiqətən də İŞİD tərəfindən planlaşdırılıb planlaşdırılmadığıdır. Ancaq mənim fikrimcə, bu daha çox "ölkə içində böyüyən terrorizm"lə, yəni İslamçı qruplara qoşulan gənc fransızlarla əlaqəli bir vəziyyətdir. Charlie Hebdo hadisəsinə bənzəyir.

DW: Bu çox daha narahat edici bir haldır. Çünki içəridən başlayan terror dalğası bütün ölkəni məhv edə bilər?

Günter Meyer: Bu həqiqətən də çox təhlükəli bir haldır. Hələ bir il əvvəl bu tərz terror mərkəzlərinin təlim yerlərinin həbsxanalar olduğu ilə bağlı xəbərdarlıq edilmişdi. Fransada belə qruplar hal-hazırda həbsxanalarda təlim keçirlər. Burada böyük bir təhlükə var. Günahkarlar daha da radikallaşıb daha dəhşətli cinayətlər törədə bilərlər. Sərbəst qaldıqlarında, bütün cəmiyyət üçün böyük təhlükə yaradacaqlar.

DW: İki həftə əvvəl, Fransada 2005 – ci ilin payızında şəhərətrafı qəsəbələrdə gənclərin qiyamının 10-cu ildönümü ilə bağlı müzakirələr yaşandı. Fransa mətbuatı düşüncəli bir mövqe nümayiş etdirdi və özünütənqid yolunu seçdi. İnteqrasiya üçün görülən bəzi şeylər olsa da kifayət etmirdi. Sizin fikriniz nədir?

Günter Meyer: Müsəlman miqrantların, ya da digər müsəlmanların yaşadığı şəhərətrafı qəsəbələrdə ictimai vəziyyətin çox da əla olmadığını qəbul etməliyik. Orada yaşayan insanlar əvvəlcədən də olduğu kimi iqtisadi baxımdan çox aşağı səviyyədə yaşayırlar. İşsizlik problemləri var, əhalinin çoxunda gələcəklə bağlı perspektivlər yoxdur. Buralar təbii, ki terroristlər və İslamçı radikallar üçün ideal yerlərdir.

DW: Bu ölkənin mədəni kimliyi və bundan yola çıxaraq inteqrasiya siyasəti baxımından hansı mənaya gəlir?

Günter Meyer: Burada başqa bir mədəni qruplaşma ilə, yəni İslam ilə əlaqəli insanlarla qarşı-qarşıyayıq. Fransada mədəni, iqtisadi və ictimai baxımdan uyğunsuz vəziyyətdəki qruplar üçün İslam əhəmiyyətli bir kimlik təyin edici amil olaraq maraqlı gəlir. Burada əsas olan Paris civarındakı müəyyən diqqət edici nöqtələrindəki insanlardır. Onlar fransız cəmiyyətinin böyük əksəriyyətindən çıxdaş olunublar. Beləcə mühafizəkar islamçılar tərəfindən daha da radikallaşdırmaq şansı əldə edirlər.

DW: Bu ayrılmanın səbəbi nədir bəs?

Meyer: Siyasət şübhəsiz mühim rol oynayır. Xüsusilə sağ mühafizəkar seqmentin mövqeyi təbii ki, İslam dünyasından gələn miqrantların zəncirə vurulmasına səbəb olan ən əhəmiyyətli faktordur. Mühafizəkar təbəqələr təbliğat xarakterli, nifrət dolu ifadələri radikallaşmağa gətirib çıxarır. Fransanın siyasəti də İslamı tənqid edən, hətta qismən İslam düşməni ifadələrlə Fransadakı müsəlmanların özlərini təcrid olunmuş kimi hiss etməsinə, geri çəkilməsinə və bu cür nifrət şəbəkəsinə qoşulmasına gətirib çıxarıb.

DW: Niyə əksər fransızlarda xüsusilə müsəlmanlara qarşı bir aqressiya mövcuddur?

Günter Meyer: Xristian mədəniyyəti dünyagörüşünə görə burada ayrıca bir qrup mövcuddur. Onlar "xaricilərdir", "başqalarıdır". Və bu "digərləri" davamlı olaraq xalqın əksəriyyəti tərəfindən haqsızlığın və ayrı-seçkiliyin hədəfi olur.

Şərhlər

Çox oxunanlar