Səməd Seyidov: "AŞPA-nın Münaqişələr üzrə Alt Komitəsinin fəaliyyət göstərməsi Azərbaycan üçün müsbət haldır"

25.01.2018 12:05     Siyasi reaksiya     976

"Avropa Şurası Parlament Assamleyasının Münaqişələr üzrə Alt Komitəsi yenidən formalaşdırılır. Belə qurumların sayca çoxluğu Azərbaycan üçün müsbət haldır".

Bunu "Report"un Qərbi Avropa bürosuna açıqlamasında Azərbaycanın Avropa Şurası Parlament Assamleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.

O xatırladıb ki, hər il Parlament Assamleyasının qış sessiyasında Alt Komitənin yenidən formalaşdırılması məsələsinə baxılır və qərar qəbul edilir: "Belə komitənin fəaliyyət göstərməsi Azərbaycan üçün çox müsbət haldır. Münaqişələr üzrə Alt Komitə çərçivəsində Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi ətrafında müzakirələr aparılır. Dağlıq Qarabağ münaqişəsi nə qədər çox gündəmə gətirilərsə, münaqişənin həllinə o qədər tez nail olarıq".

Reaksiya.az

Şərhlər