İlham Əliyev 8 sərəncam imzaladı

02.02.2018 20:50     Siyasi reaksiya     1728

Prezident İlham Əliyev Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in əməkdaşlarının “Tərəqqi” medalı ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Reaksiya.az xəbər verir ki, bu barədə Prezidentin mətbuat xidməti məlumat yayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətlərinə görə Azərbaycan Dövlət Nəşriyyatı – “Azərnəşr”in aşağıdakı əməkdaşları “Tərəqqi” medalı ilə təltif edilsinlər:

Qarayeva Rəsmiyə Məmməd qızı

Rəhimov Elxan Rəhim oğlu”.

***

Prezident İlham Əliyev Ə.İ.Ağalarova “Əməkdar jurnalist” fəxri adının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda jurnalistika və nəşriyyat işi sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Əlövsət İbrahim oğlu Ağalarova “Əməkdar jurnalist” fəxri adı verilsin”.

***

Prezident İlham Əliyev K.C.Cəlilovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan musiqi sənətinin inkişafında böyük xidmətlərinə görə Kamil Cəlil oğlu Cəlilov “Şərəf” ordeni ilə təltif edilsin”.

***

Prezident İlham Əliyev R.Ə.Əzimovun “Şöhrət” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə Rafiq Əşrəf oğlu Əzimov “Şöhrət” ordeni ilə təltif edilsin”.

***

18:53

Prezident İlham Əliyev Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“2018-ci ilin mart ayında Mingəçevir Dövlət Dram Teatrının 50 illiyi tamam olur.

Mingəçevir Dövlət Dram Teatrı mədəniyyət ocağı kimi yarandığı vaxtdan etibarən repertuarında Azərbaycan və eləcə də dünya dramaturgiyasının diqqətəlayiq nümunələrinə geniş yer vermiş, öz səhnəsində müvəffəqiyyətlə nümayiş etdirilən və tamaşaçılar tərəfindən rəğbətlə qarşılanan əsərlər ilə ölkədə teatr ənənələrinin daha da zənginləşdirilməsi işində yaxından iştirak etmiş, milli mədəniyyətin ümumi tərəqqisi naminə xidmətlər göstərmişdir.

Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, milli teatr sənətinin inkişafında özünəməxsus mövqeyə malik Mingəçevir Dövlət Dram Teatrının 50-ci ildönümünün qeyd olunmasını təmin etmək məqsədi ilə qərara alıram:

1. Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyi Mingəçevir Dövlət Dram Teatrının 50 illik yubileyinə həsr olunmuş tədbirlər planını hazırlayıb həyata keçirsin.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin”.

***

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarının təltif edilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycanda həmkarlar hərəkatının inkişafındakı xidmətlərinə görə aşağıdakı şəxslər təltif edilsinlər:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əfəndiyev Emin Ənvər-Tovfiq oğlu

Hacıyev Telman Həbib oğlu

Novruzov Sucaxan Müseyib oğlu

Salmanov Məhəmmədəli Məhəmməd oğlu.

“Tərəqqi” medalı ilə

Abbasov Xəyyam Böyükağa oğlu

Abbasov Şirvan Əli oğlu

Abdullayev İrşad İlyas oğlu

Abdullayev İsfəndiyar İsmayıl oğlu

Abdullayev Səyyar Həbib oğlu

Allahverdiyev Əjdər Qəhrəman oğlu

Allahverdiyev Şahin Allahverdi oğlu

Atakişiyev Abdulla Zabit oğlu

Babaxanova Xalidə Qaçay qızı

Babanlı Yusif Məmməd oğlu

Babayev Qüdrət Əhməd oğlu

Babayeva Mehriban Hadı qızı

Bağırov Nadir Məhəmməd oğlu

Balayeva Fəridə Kamil qızı

Behbudov Nazim Möhü oğlu

Bəhmənova Elmira Osman qızı

Bilalov Adışah Feyzulla oğlu

Cahangirov Akif Əli oğlu

Cəfərov Vüsət Valeh oğlu

Dadaşova Sevinc Ramiz qızı

Əbilov Ağaşirin Abil oğlu

Əhmədov Hüseyn Həsən oğlu

Əhmədov Muxtar Qədir oğlu

Əhmədov Rövşən Nəcəf oğlu

Ələkbərov Sabir Qara oğlu

Ələsgərova Yaqut Bəylər qızı

Ələzov İsmayıl Söyünpaşa oğlu

Əliyar-zadə Elxan Rəsul oğlu

Əliyev Qafil Elbəyi oğlu

Əliyev Mirqələm İsgəndər oğlu

Əliyev Şirvan Hüseyn oğlu

Əliyev Vahid İldırım oğlu

Əliyeva Sevda Əsgər qızı

Əliyeva Səyyarə Vəli qızı

Əmiraslanov Ədalət İsgəndər oğlu

Əmirova Şəhla Tofiq qızı

Əsgərov Faiq Fikrət oğlu

Əyubov Allahyar Yusif oğlu

Əzimova Afət İsa qızı

Əzizov Müslət Elxan oğlu

Fərzəliyeva Tahirə Rafil qızı

Gözəlova Kəmalə Adil qızı

Haqverdiyev Mehdi İsmayıl oğlu

Həmzəyeva Tükəzban Məmməd qızı

Həsənov Abbas Bəhman oğlu

Hümbətov Nazim Hacı oğlu

Hüseynov Yalçın Şulan oğlu

Hüseynova Şəhla Ədil qızı

Hüseynova Zenfira Hüseyn qızı

Xəlilova Qəribə Allahverdi qızı

Xudiyev Ramik Məmməd oğlu

Xuduyev Əliverdi Abbasəli oğlu

İbrahimov İbrahim Camal oğlu

İbrahimova Təranə İmran qızı

İsayev Etibar Ələkbər oğlu

İsmayilova Əzizə Mirzəmməd qızı

İsmayılova Nailə Sabir qızı

Kazımov Məzahir Qardaş oğlu

Kələşov İmran Əmiraslan oğlu

Qafarov Rafael İbrahim oğlu

Qasımov Vaqif Qəməndər oğlu

Qədimov Bəxtiyar Hüseyn oğlu

Qədimov Tofiq Baxış oğlu

Quliyev Natiq Əli oğlu

Quliyeva Sevda Əziz-Ağa qızı

Quliyeva Zamirə Hidayətovna

Mahmudov Əli Əbülfət oğlu

Maniyeva Raziyyə Sabir qızı

Məmmədov Məmməd Səfər oğlu

Məmmədov Nəriman Əyyub oğlu

Məmmədov Vaqif Vidadi oğlu

Məmmədova Rübabə Heybət qızı

Mənafova Şöhlə Əziz qızı

Mənsimzadə Binyamin Mənsim oğlu

Mərdanlı Fuad Əliövsət oğlu

Mirzəyeva Nərgiz Mirzəxan qızı

Mirzəyeva Sitarə Tariyel qızı

Muradov Azad Almas oğlu

Muradova Zöhrə Sultan qızı

Musayev Qurban İbrahim oğlu

Mustafayev Əli Nəbi oğlu

Mustafayev Ramiz Şəmsəddin oğlu

Nəbiyeva Zilfira Qurbanovna

Nəcəfov Niyazi İsmayıl oğlu

Nəzirov Rüstəm Məmməd oğlu

Niftəliyev Tural Akif oğlu

Rəcəbov Qadir Dadaş oğlu

Rzayev Oktay Ələkbər oğlu

Rzayev Teymur Yaqub oğlu

Salamova Səyyarə Məmməd Ağa qızı

Salayev Səbahət Həsən oğlu

Salmanov İsrafil Xankişi oğlu

Səlimov Rəhim Abdurəhman oğlu

Şabanlı Adil Çaparxan oğlu

Şıxiyev Ağaverdi Xudaverdi oğlu

Tağıyev Asif Dilən oğlu

Talıbov Aydın Veysəl oğlu

Yaqubov Qoşqar Valeh oğlu.

***

Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası əməkdaşlarına fəxri adların verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Azərbaycan Respublikasının sosial-ictimai və humanitar-mədəni həyatında göstərdikləri xidmətlərə görə aşağıdakı şəxslərə Azərbaycan Respublikasının fəxri adları verilsin:

“Əməkdar həkim”

Quliyev Akif Əvəz oğlu

Quliyev Şahin Şahpələng oğlu

Məmiyev Çingiz Qəzər oğlu

Şahməmmədov Şərif Şahməmməd oğlu.

“Əməkdar müəllim”

Mövlayeva Dilarə Ramazan qızı

Rzayeva Zümrüd Lazım qızı

Sofiyeva Günəş Xəlil qızı.

“Əməkdar bədən tərbiyəsi və idman xadimi”

Əliyev Mirzə Vaqif oğlu.

“Əməkdar mədəniyyət işçisi”

Aslanov Azad Qulu oğlu

Hüseynov Əmrah Rəhman oğlu

Qurbanov İsgəndər Kərəm oğlu

Talıbov Cahangir Əzim oğlu.

***

Prezident İlham Əliyev 2018-ci il Gənclər üçün Prezident mükafatlarının verilməsi haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

“Gənclər üçün Prezident mükafatına namizədlərin seçilməsi üzrə Ekspert Komissiyasının təklifinə əsasən və Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Mədəniyyət, təhsil və ictimai fəaliyyət sahələrində xüsusi fərqlənən aşağıdakı şəxslərə 2018-ci il Gənclər üçün Prezident mükafatları verilsin:

Camalova Reyhan Rauf qızı

Əlfidatlı Gülnar Teyyub qızı

Fərəcov Xaqani Surxay oğlu

Quliyev Ağarəhim Vaqif oğlu

Səfərova Zümrüd Rasim qızı

Zeynalova Aysun Gülağa qızı”.

Reaksiya.az

Şərhlər