APRELDƏN SONRA DANIŞIQLAR YENİ FORMATA KEÇMƏLİ - hərbi təzyiqlər artmalıdır

12.02.2018 12:05     Siyasi reaksiya     1630

ATƏT-in Minsk qrupu həmsədrlərinin başa çatan region səfəri ilə bağlı yekun bəyanatla çıxışı və bu bəyanatda irəli gələn müddəalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına hesablanmış bir bəyanatdır. Bunu Reaksiya.az-a açıqlamasında Məhəmməd Əsədullazdə deyib.

Demək olar ki, verilən bəyanatda Ermənistanın işğal faktoru və bunun nəticəsi olaraq yaşanan insdentlər qeyd edilmir. Bakıda və Yerevanda keçirdikləri görüşün yekunu olaraq verilən bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətlındirilməlidir.

Həmsədrlər qeyd edir ki, "Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq", - deyə bəyanatda qeyd olunur. Göründüyü kimi bu bəyanatda "xalqların öz müqəddaratı" müddəasının qeyd edilməsi, Yerevanın bu illər ərzində əlini gücləndirib. Məhz bu "müqəddarat" prinsipinə görə münaqişənin həlli bir neçə onillikdir ki, davam edir.

Politoloq Məhəmməd Əsədullazadə qeyd edib ki, həmsədrlər insdentlərin və ölümlərin olduğundan narahatdırsa, ilk növbədə Yerevanın işğal olunmuş ərazilərin boşaldılmasını tələb etməlidir. Qeyd edərdim ki, ilin başlanğıcında reallaşan bu səfər konfliktin həlli ilə bağlı heç bir müsbət impuls vermədi.

Minsk formatı hazırda Ermənistanın siyasi maraqlarına xidmət edən və danışıqları uzadan köhnəlmiş bir mexanizmdir.

Aprelin 11-dən sonra Azərbaycan Minsk formatının dəyişilməsinə çalışmalı, həmçinin Avropa birliyinin münaqişənin həlli ilə bağlı mövqeyini ortaya qoymalıdır. Çünki, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatda "xalqların öz müqəddaratı" müddəası yer almır, prinsipial olaraq Helsinki Yekun Aktına və BMT-nin məlum qətnamələrinə əsaslanır. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələri üzrə ali komissarı Federika Mogerinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa söykənən bəyanatı bir daha bunu sübut edir. Mogerinin qeyd etdikləri Brüsselin Azərbaycanla əməkdaşlıqda və strateji tərəfdaşlıqda maraqlı olduğundan irəli gəlir. Avropa Birliyi Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq bütün spektrləri əhatə etməli və Azərbaycana tam dəstəyin ifadə olunmasına çalışılmalıdır.

Rəsmi Bakı mütləq şəkildə münaqişənin həlli ilə bağlı növbəti aylarda dönüş yaratmalı, diplomatik danışıqlarda uğuru cəbhədə təzyiq vasitəsilə nail olmalıdır. Aparılan danışıqlarda qeyri-müəyyənlik var, danışıqların hansı formatda aparıldığı açıqlanmır. Əgər, prinsipial və ölkımizin maraqlarına uyğun uğurlu danışıqlar aparılsaydı bu açıqlanardı.

Artıq, nəzərə alaq ki, Qərbin sanksiyaları Rusiyanı bir neçə aydan sonra daha da böhrana yuvarlayacaq. Azərbaycan maksimum bundan istifadə edib Ermənistana hərbi təzyiqləri artırıb, danışıqları yeni fazaya keçirməlidir. Davam edən danışıqlar formatı uğursuz və Yerevana isə əlavə güzəştlər tanıyır.

ATƏT-in Minsk qrupu həmsədrlərinin başa çatan region səfəri ilə bağlı yekun bəyanatla çıxışı və bu bəyanatda irəli gələn müddəalar münaqişənin həllinə deyil, status-kvonun qorunmasına hesablanmış bir bəyanatdır.

Demək olar ki, verilən bəyanatda Ermənistanın işğal faktoru və bunun nəticəsi olaraq yaşanan insdentlər qeyd edilmir. Bakıda və Yerevanda keçirdikləri görüşün yekunu olaraq verilən bəyanat siyasi riyakarlıq və Azərbaycanın ərazi bütövlüyünə hörmətsizlik kimi qiymətlındirilməlidir.

Həmsədrlər qeyd edir ki, "Biz tərəflərə güc tətbiq etməmək, ərazi bütövlüyü, hüquq bərabərliyi və xalqların öz müqəddəratlarını təyinetmə də daxil olmaqla, Helsinki yekun aktının başlıca prinsipləri əsasında münaqişənin sülh yollarının tapılması istiqamətində kömək etməkdə qətiyyətliyik. Eyni zamanda tərəflərin hazırkı seçki dövrü nəzərə alınmaqla, intensiv danışıqları davam etdirmək niyyətlərini alqışlayırıq", - deyə bəyanatda qeyd olunur. Göründüyü kimi bu bəyanatda "xalqların öz müqəddaratı" müddəasının qeyd edilməsi, Yerevanın bu illər ərzində əlini gücləndirib. Məhz bu "müqəddarat" prinsipinə görə münaqişənin həlli bir neçə onillikdir ki, davam edir.

Politoloq qeyd edib ki, həmsədrlər insdentlərin və ölümlərin olduğundan narahatdırsa, ilk növbədə Yerevanın işğal olunmuş ərazilərin boşaldılmasını tələb etməlidir. Qeyd edərdim ki, ilin başlanğıcında reallaşan bu səfər konfliktin həlli ilə bağlı heç bir müsbət impuls vermədi.

Minsk formatı hazırda Ermənistanın siyasi maraqlarına xidmət edən və danışıqları uzadan köhnəlmiş bir mexanizmdir.

Aprelin 11-dən sonra Azərbaycan Minsk formatının dəyişilməsinə çalışmalı, həmçinin Avropa birliyinin münaqişənin həlli ilə bağlı mövqeyini masaya qoymalıdır. Çünki, Avropa Birliyinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı verdiyi bəyanatda "xalqların öz müqəddaratı" müddəası yer almır, prinsipial olaraq Helsinki Yekun Aktına və BMT-nin məlum qətnamələrinə əsaslanır. Avropa Birliyinin xarici əlaqələr və təhlükəsizlik məsələri üzrə ali komissarı Federika Mogerinin Azərbaycanın ərazi bütövlüyü ilə bağlı beynəlxalq hüquqa söykənən bəyanatı bir daha bunu sübut edir. Mogerinin qeyd etdikləri Brüsselin Azərbaycanla əməkdaşlıqda və strateji tərəfdaşlıqda maraqlı olduğundan irəli gəlir. Avropa Birliyi Azərbaycanla enerji təhlükəsizliyi sahəsində sıx əməkdaşlıq edir. Bu əməkdaşlıq bütün spektrləri əhatə etməli və Azərbaycana tam dəstəyin ifadə olunmasına çalışılmalıdır.

Rəsmi Bakı mütləq şəkildə münaqişənin həlli ilə bağlı növbəti aylarda dönüş yaratmalı, diplomatik danışıqlarda uğuru cəbhədə təzyiq vasitəsilə nail olmalıdır. Aparılan danışıqlarda qeyri-müəyyənlik var, danışıqların hansı formatda aparıldığı açıqlanmır. Əgər, prinsipial və ölkımizin maraqlarına uyğun uğurlu danışıqlar aparılsaydı bu açıqlanardı.

Artıq, nəzərə alaq ki, Qərbin sanksiyaları Rusiyanı bir neçə aydan sonra daha da böhrana yuvarlayacaq. Azərbaycan maksimum bundan istifadə edib Ermənistana hərbi təzyiqləri artırıb, danışıqları yeni fazaya keçirməlidir. Davam edən danışıqlar formatı uğursuz və Yerevana isə əlavə güzəştlər tanıyır.

Reaksiya.az

 

Şərhlər