Bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransı başlayır

16.02.2018 15:27     Siyasi reaksiya     1683

Bu gün 54-cü Münhen Təhlükəsizlik Konfransı başlayır.

Reaksiya.az APA-ya istinadən xəbər verir ki, konfrans fevralın 16-dan 18-dək davam edəcək.

Konfransda Avropa İttifaqının qlobal oyunçu kimi gələcək rolu, ABŞ-Rusiya münasibətləri, Yaxın Şərqdəki münaqişələr, Fars körfəzi ölkələri arasında pozulan əlaqələr, eləcə də Şimali Koreyanın nüvə proqramı ətrafındakı gərginlik müzakirə ediləcək.

Konfransda BMT-nin baş katibi Antoniu Quterreş, Avropa Komissiyasının rəhbəri Jan-Klod Yunker, Avropa diplomatiyasının rəhbəri Federika Mogerini, NATO-nun baş katibi Yens Stoltenberq, Rusiya xarici işlər naziri Sergey Lavrov, Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu, İran xarici işlər naziri Məhəmməd Cavad Zərif, Böyük Britaniyanın baş naziri Tereza Mey, Avstriyanın kansleri Sebastyan Kurts, İsrail hökumətinin rəhbəri Binyamin Netanyahu, Ukrayna prezidenti Petro Poroşenko iştirak edəcək.

 

Konfransda ABŞ Pentaqon rəhbəri Ceyms Mattis, ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Herbert Makmasterin də iştirakı gözlənilir.

Azərbaycan tərəfdən isə tədbirdə xarici işlər naziri Elmar Məmmədyarov iştirak edəcək. Səfər çərçivəsində nazirin Münhen Təhlükəsizlik Konfransında çıxışı və bir sıra ikitərəfli görüşləri nəzərdə tutulu

Forumda ev sahibi Almaniya tərəfdən xarici işlər naziri Ziqmar Qabriel, Almaniya Sosial Demokrat Partiyasının lideri və Almaniya Xarici İşlər Nazirliyinin mümkün yeni rəhbəri Martin Şults iştirak edəcək.

Reaksiya.az

Şərhlər