Prezident sərəncam imzaladı - Hərbi rütbələr verildi

26.03.2018 16:50     Siyasi reaksiya     1826

Azərbaycan Respublikası Prezidenti İlham Əliyev Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb.

 Reaksiya.az xəbər verir ki, sərəncama əsasən, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçularına ali hərbi rütbələr verilib:

general-mayor ali hərbi rütbəsi

polkovnik Rəşad Firidun oğlu Həmzəyevə

polkovnik İmran Surxay oğlu Tağı-zadəyə

ədliyyə general-mayoru ali hərbi rütbəsi

ədliyyə polkovniki Həsən İsa oğlu Mansurova.

***

Prezidentin sərəncamı ilə Azərbaycan Respublikasında milli təhlükəsizliyin təmin edilməsində, xarici xüsusi xidmət orqanlarının kəşfiyyat-pozuculuq fəaliyyətinin qarşısının alınmasında, beynəlxalq terrorçuluq və transmilli mütəşəkkil cinayətkarlıqla mübarizədə fərqləndiklərinə görə Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin aşağıdakı hərbi qulluqçuları təltif edilib:

3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə

Əliyev Zaur Aydın oğlu – polkovnik

Hacıyev Bəxtiyar Zabil oğlu – ədliyyə polkovniki

“Vətən uğrunda” medalı ilə

Ramazanov Rafiq Sultan oğlu – polkovnik

Hüseynov İlqar Yavər oğlu – polkovnik

Yaqubov Fəqan Vaqif oğlu – polkovnik-leytenant

Camalxanov Zaur Vəli oğlu – polkovnik-leytenant

Məmmədquliyev Əli Şüceyib oğlu – mayor

“İgidliyə görə” medalı ilə

Qasımov Məmməd Fərman oğlu – polkovnik-leytenant

Cavadov Hüseyn Yaqub oğlu – polkovnik-leytenant

Əzimov Əzim Yaqub oğlu – leytenant

“Hərbi xidmətlərə görə” medalı ilə

Abdulov İlqar Yaşar oğlu – polkovnik-leytenant

Bəşirov Coşqun Şərif oğlu – polkovnik-leytenant

Əliyev Samir Qadir oğlu – ədliyyə polkovnik-leytenantı

Paşayev Qənimət Əliheydər oğlu – mayor

Hacıyev Ramil Kamil oğlu – mayor

Həşimov Mirələm Ağamir oğlu – mayor

Ələskərov Kazım Faiq oğlu – mayor

Zeynalov Vüsal Nayib oğlu – kapitan

Qəmbərli Kamal Müşviq oğlu – baş leytenant.

***

İlham Əliyev Bərdə rayonunun Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Sərəncam imzalayıb.

Sərəncamda bildirilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. On üç min nəfər əhalinin yaşadığı 9 yaşayış məntəqəsini birləşdirən Muğanlı–Körpüsındıran avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 7,0 (yeddi) milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın.

2. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin etsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".

Reaksiya.az

Şərhlər