Türkiyə Prezidenti Azərbaycanın müdafiə naziri ilə görüşəcək

ürkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycanın müdafiə naziri general-polkovnik Zakir Həsənovla görüşəcək.

Bu barədə Türkiyə Prezidentinin rəsmi saytında məlumat verir.

Məlumata əsasən, R.T.Ərdoğan və Z.Həsənovun görüşü bu gün Ankarada Prezident iqamətgahında baş tutacaq.

Ötən gün Azərbaycanın müdafiə naziri Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının rəisi ordu generalı Hulusi Akarla görüşüb. Görüşdə iki ölkə arasında hərbi əməkdaşlıq, regiondakı hərbi-siyasi vəziyyət müzakirə olunub.

Qeyd edək ki, Z.Həsənov Türkiyənin milli müdafiə naziri Nurəddin Caniklinin dəvəti ilə martın 28-də Ankaraya rəsmi səfər edib. General-polkovnik martın 31-də Giresun şəhərində keçiriləcək Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin üçtərəfli görüşündə iştirak edəcək.

Reaksiya.az

Advertisement Banner

Şərhlər