Azərbaycan ilə İran arasında hərbi əməkdaşlıq məsələləri müzakirə olunub

05.04.2018 13:00     Siyasi reaksiya     1414

Reaksiya.az xəbər verir ki, Azərbaycan Respublikasının Müdafiə nazirinin müavini general-leytenant Kərim Vəliyev Moskva şəhərində keçirilən VII Beynəlxalq Təhlükəsizlik Konfransı çərçivəsində İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Əmir Hatəminin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

Görüşdə ikitərəfli hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələləri müzakirə edilib.

Reaksiya.az

Şərhlər