Həsən Ruhani: Azərbaycan xalqı İlham Əliyevin rəhbərliyinin altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır

12.04.2018 11:51     Siyasi reaksiya     1098

İran İslam Respublikasının Prezidenti Həsən Ruhani İlham Əliyevi yenidən Azərbaycan Respublikasının Prezidenti seçilməsi münasibətilə təbrik edib.

Təbrikdə deyilir: "Sizə yenidən Azərbaycan Prezidenti vəzifəsinə seçilməyiniz münasibətilə səmimi təbriklərimi çatdırıram. Bu seçkilər göstərdi ki, Azərbaycan xalqı hökumətin planlarını dəstəkləyir və Sizin rəhbərliyiniz altında ölkənin inkişaf yolunun davam etdirilməsində maraqlıdır. İran İslam Respublikası və Azərbaycan Respublikası arasında dostluq və qardaşlıq əlaqələrinin iki ölkənin hakimiyyətlərinin səyləri sayəsində davam edəcəyinə şübhə etmirəm".

Həsən Ruhani Prezident İlham Əliyevə möhkəm cansağlığı, uğurlar və Azərbaycan xalqına çiçəklənmə arzulayıb.

Reaksiya.az

Şərhlər