Azərbaycan və Türkiyə prezidentlərinin görüşü başlayıb

25.04.2018 13:58     Siyasi reaksiya

Türkiyə prezident Sarayında Azərbaycan prezidenti İlham Əliyevin türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğan tərəfindən rəsmi qarşılanma mərasimi keçirilib.

 Azərbaycan prezidentinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Mərasimdə hər iki ölkənin dövlət himni səsləndirilib.

Rəsmi qarşılanmanın ardınca prezidentlər arasında təkbətək görüş olacaq.

Daha sonra Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası keçiriləcək, sonra prezidentlər mətbuata bəyanatla çıxış edəcəklər.

Reaksiya.az

Advertisement Banner

Şərhlər