Milli Məclis toplandı: yeni təyinatlar…

01.05.2018 12:09     Siyasi reaksiya     1636

Milli Məclisin mayın 1-nə təyin olunmuş plenar iclası fəaliyyətə başlayıb.

Bugünkü plenar iclasda hökumətdə təyinat alan deputatların qanunverici orqanın komitələrində boş qalan yerlərinə irəli sürülən namizədlərin təsdiqi məsələsinə baxılıb.

Milli Məclisin Daxili Nizamnaməsinin 36-ci bəndinə uyğun olaraq, Azər Badamov və Eldəniz Səlimov Milli Məclisin Gənclər və idman komitəsinin, Hüseynbala Mirələmov Mədəniyyət komitəsinin üzvü seçilib.

Qərar imzalandığı gündən qüvvəyə minir.

Qeyd edək ki, Gənclər və idman komitəsinin sədri Fuad Muradov Diasporla İş üzrə Dövlət Komitəsinə, komitənin üzvü Rövşən Rzayev isə Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinə sədr təyin edilib.

Reaksiya.az

Şərhlər