Yeni sektor müdiri Prezidentə belə təşəkkür etdi

04.05.2018 16:35     Siyasi reaksiya     931

Prezident İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin tərkibində yeni yaradılan ictimai-siyasi işin təşkili sektorunun rəhbəri təyin edilən Vüsal Quliyev ölkə başçısına təşəkkür edib.

Feysbuk hesabında təşəkkür məktubunu paylaşan Vüsal Quliyev ona dəstək olan dostlarını da unutmayıb:

“Rəhbəri təyin olunduğum yeni sektorun yaranmasına görə cənab Prezidentə təşəkkür edir, mənə göstərilən növbəti etimada görə əməyi olan şəxslərə minnətdarlığımı bildirirəm. Bu xoş xəbəri yayan buradakı dostlarıma, xüsusilə media təmsilçilərinə xüsusi təşəkkürümü çatdırıram. Var olun”.

Qeyd edək ki, ötən gün Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamı ilə Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin tərkibində İctimai-siyasi işin təşkili sektoru yaradılıb. İctimai-siyasi məsələlər şöbəsinin Gənclər təşkilatları ilə iş sektorunun müdiri vəzifəsində çalışmış Vüsal Quliyev yeni yaradılmış sektorun rəhbəri təyin edilib. (Axar)

Reaksiya.az

Şərhlər