Hikmət Hacıyev: “Rusiya Xarici İşlər Nazirliyinə ciddi etiraz bildiriləcək”

18.05.2018 15:25     Siyasi reaksiya     1510

“Bunu regionda sülhə və təhlükəsizliyə ciddi zərbə kimi qiymətləndiririk. Bu heç bir halda regionda davamlı sülh və təhlükəsizliyin təmin olunması üçün etimadın qurulmasına xidmət edən addım deyil. Əksinə regionda ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edir”.

 

Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Abxaziya separatçılarının lideri Raul Xadjimbanın Rusiya XİN-nin MDB ölkələri ilə üzrə idarəsinin rəisi Aleksey Pavlovski, habelə qondarma “DQR”, Dnestryanı və Cənubi Osetiya respublikalarının nümayəndələri ilə görüşünü şərh edərkən bildirib.

 

H. Hacıyev “Qondarma rejimlərin nümayəndələrinin Rusiya XİN-nin nümayəndəsi ilə qarşı-qarşıya oturmasını necə qiymətləndirmək olar?” sualına cavab olaraq bildirib ki, Azərbaycanın etirazı və ciddi narahatlığı Rusiya Xarici işlər  Nazirliyinə diplomatik kanallarla çatdırılacaq.(apa)

 

Reaksiya.az

Şərhlər