ATƏT PA sədri: "İllik iclasımızda Cənubi Qafqaz üzrə xüsusi nümayəndənin təyin olunacağına ümid edirəm"

22.05.2018 13:08     Siyasi reaksiya     1278

“ATƏT Parlament Assambleyasının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə bağlı hələlik heç bir qərar verməmişik”.

 

Bunu APA-ya açıqlamasında ATƏT Parlament Assambleyasının (PA) sədri George Tsereteli deyib.

 

G. Tsereteli Xüsusi Nümayəndə institutunun əhəmiyyətini vurğulayıb: “Əvvəlki nümayəndə Kristin Vigenin daimi komitənin iclasında işini sonlandırdığını elan etdi  və tövsiyələrini verdi. Hesab edirəm ki, Xüsusi Nümayəndə institutu müəyyən regionda qarşılıqlı əlaqə yaratmaq üçün vacib vasitədir və bizim ATƏT PA-da bununla bağlı yaxşı nümunələrimiz var. Biz daxili islahatlar prosesini başlatmışıq. Buraya müxtəlif mövqelərin optimallaşdırılması və ya mandatların möhkəmləndirilməsi funksiyası da daxildir. 

 

 

İyul ayında Berlində baş tutacaq illik iclasımızda müzakirələr davam etdiriləcək. İllik iclasda yeni nümayəndənin təyin olunacağına ümid edirəm”.

 

Qeyd edək ki, Kristian Vigenin ATƏT PA-nın Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi vəzifəsindən bu ilin fevralında istefa verib.

 

O bildirib ki, Cənubi Qafqazın üç ölkəsi ilə “Cənubi Qafqaz” adı altında məşğul olmaq artıq ATƏT PA üçün məhsuldar deyil.

 

K. Vigenin qeyd edib ki, hazırkı vəziyyətdə xüsusi nümayəndənin vəzifəsi tamamilə formal xarakter daşıyır, fəaliyyəti bir sıra səbəblərdən çox məhduddur.

 

O, xüsusi nümayəndə vəzifəsini ləğv etməyə, səlahiyyətlərin ATƏT PA-nın vitse-prezidentinə verilməsinə çağırıb.

 

Reaksiya.az

 

Şərhlər