Serbiya prezidentinin Azərbaycana səfəri başa çatdı

22.05.2018 16:30     Siyasi reaksiya     1683

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçin Azərbaycan Respublikasına rəsmi səfəri mayın 22-də başa çatıb.

Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülmüşdü.

Serbiya Respublikasının Prezidenti Aleksandr Vuçiçi hava limanında Azərbaycan Respublikası Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Nadir Hüseynov və digər rəsmi şəxslər yola salıblar. (Publika)

Reaksiya.az

Şərhlər