AXC-nin dövlət bayrağı Novruz Məmmədova təqdim olundu

24.05.2018 15:49     Siyasi reaksiya     2391

Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağı Nazirlər Kabinetində baş nazir Novruz Məmmədova təqdim olunub.

Bu münasibətlə keçirilən tədbirdə çıxış edən baş nazir Novruz Məmmədov dövlət bayrağının Xalq Cümhuriyyətinin 100 illiyinin qeyd olunduğu ərəfədə Türkiyədən doğma Vətənə - Azərbaycana gətirilməsini tarixi hadisə adlandırıb.

Yazıçı-tədqiqatçı, sosiologiya elmləri doktoru, İstanbul Universitetinin doktorantı Əfqan Vəliyev Azərbaycan Xalq Cümhuriyyəti parlamentində asılan dövlət bayrağını və həmin dövrə aid bir çox arxiv materiallarını - əlyazma məktubları, tarixi sənədləri, xəritələri baş nazirə təqdim edib.(azərtac)

 

Şərhlər