Bakıda PAP üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib

30.05.2018 12:16     Siyasi reaksiya     1276

Reaksiya.az xəbər verir ki, mayın 30-da Müdafiə Nazirliyinin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində  Azərbaycan Respublikasının NATO ilə “Planlaşdırma və Analiz Prosesi (PAP) Tərəfdaşlıq Məqsədləri (TM)” sənədinin Müdafiə Nazirliyinə aid hissəsinin həyata keçirilməsi üzrə NATO-nun ekspertlər qrupu ilə işçi görüşü keçirilib.

Tədbirdə müdafiə sahəsində aparılan islahatlar, NATO ilə əməkdaşlıq, PAP proqramı üzrə Tərəfdaşlıq məqsədlərinin yerinə yetirilməsi və mümkün olan yeni Tərəfdaşlıq məqsədləri müzakirə olunub.

Reaksiya.az

Şərhlər