Volodin: “Azərbaycanın Dağlıq Qarabağ üzrə mövqeyi konstruktivdir”

25.06.2018 13:32     Siyasi reaksiya     894

Rusiya Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasını dəstəkləyir.

Reaksiya.az TASS agentliyinə istinadən xəbər verir ki, bu haqda Azərbaycan Respublikasının Milli Məclisinin spikeri Oqtay Əsədovla görüşü zamanı Rusiya Dumasının spikeri Vyaçeslav Volodin deyib.

Vyaçeslav Volodin Azərbaycanın münaqişə üzrə mövqeyini düzgün və konstruktiv adlandırıb.

“Siz bilirsiniz ki, Rusiya bu konfliktin sülh yolu ilə həllinin tərəfdarıdır. Münasibətlərin kəskinləşməsinin tərəfdarı olan, xalqın səsini eşitməyib, onun sülh şəraitində yaşamaq istəyini nəzərə almayan hər kəs situasiyanı gərginləşdirmək yoluyla gedir. Biz bunun qarşısını almaq üçün hər şeyi etməliyik. Bu baxımdan, Azərbaycan həmişə düzgün və konstruktiv mövqe tutub. Biz bunun gələcəkdə də belə olacağına ümid edirik”, - Dövlət Dumasının rəhbəri əlavə etdi.

Reaksiya.az

Şərhlər