Türk ekspert:Ərdoğan ilk səfərini Bakıya edəcək

25.06.2018 14:36     Siyasi reaksiya     902

Rəcəb Tayyib Ərdoğanı ilk təbrik edən Azərbaycan prezidenti İlham Əliyev olub. Prezidentlər iki ölkə və onların liderləri arasında qardaşlıq münasibətlərinin nə dərəcədə möhkəm olduğunu göstərirlər.

Bu sözləri Oxu.Az-a açıqlamasında türkiyəli politoloq, “Strategic Outlook” şirkətinin eksperti Mehmet Emin Erendor deyib.

O bildirib ki, Ərdoğanın inauqurasiyadan sonra ilk səfərini Azərbaycana edəcəyi istisna deyil.

Rəcəb Tayyib Ərdoğan 52,5 faiz səs toplayaraq, prezident seçkilərində qələbə qazanıb. Onun əsas rəqibi İncə 30,7%, Demirtaş 8,3%, Akşener 7,4%, Karamollaoğlu 0,9%, Perinçek isə 0,2% səs toplayıb.

Ekspertin sözlərinə görə, Ərdoğan müxalifətin zəifliklərindən istifadə edib və özünü ən yaxşı tərəfdən göstərdib.

“Prezidentin səlahiyyətləri artırılacaq, nazirliklərin sayı azaldılacaq, parlamentdəki deputatların sayı isə 550-dən 600-ə çatdırılacaq. Kürd partiyası parlamentə daxil oldu, “Yaxşı” partiyası da hökumətdə təmsil olunacaq.

Burada əsas məsələ güclü prezidentin yanında parlamentin nə qədər güclü olacağıdır”, – Erendor qeyd edib.

Reaksiya.az

Şərhlər