Rəsmi Bakı Merkelin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədqirəlayiq hesab edir

31.08.2018 12:24     Siyasi reaksiya     906

Rəsmi Bakı Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı mövqeyini tədqirəlayiq hesab edir.

Bunu mətbuat konfransında Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, Azərbaycanla Avropa İttifaqı (Aİ) arasında ikitərəfli və çoxtərəfli əlaqələr inkişaf edir:

"Azərbaycan Prezidenti İlham Əliyevin NATO-nun baş katibi Yens Stoltenberqin dəvəti ilə NATO-nun Zirvə toplantısında iştirak etmək üçün iyulun 10-da Brüsselə səfəri Azərbaycan ilə Aİ arasında əlaqələrin inkişafına mühüm töhfə verib".

O qeyd edib ki, Almaniya Kansleri Angela Merkelin bu yaxınlarda Azərbaycana səfəri həm Aİ, həm də Almaniya ilə əlaqələrin inkişafına mühüm töhfə verəcək:

"Almaniya Kanslerinin Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı səsləndirdiyi mövqeni tədqirəlayiq hesab edirik. Qeyd etdiyimiz kimi, Azərbaycan münaqişənin sülh yolu ilə, beynəlxalq hüquq və Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinin tərəfdarıdır. Bütün beynəlxalq səylər, o cümlədən Minsk qrupunun həmsədrlərinin səyləri səfərbər edilməlidir ki, BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qətnamələrinin icrası təmin edilsin və Ermənistan qoşunlarının Azərbaycanın işğal edilmiş torpaqlarından çıxarılması həyata keçirilsin".(trend)

Reaksiya.az

Şərhlər