Lebedev Azərbaycan və Ermənistan liderlərinin görüşü haqqında

10.10.2018 15:15     Siyasi reaksiya     815

Azərbaycan və Ermənistan prezidentləri arasında Düşənbədə keçirilən MDB liderlərinin sammiti çərçivəsində baş tutan görüş Dağlıq Qarabağda gərginliyi azaldıb. 

Bu fikirləri MDB icraiyyə komitəsinin baş katibi Sergey Lebedev deyib. 

“Mən Azərbaycan prezidenti İlham Əliyevin və Ermənistan baş naziri Nikol Paşinyanın bir-birinə yaxınlaşdığının və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə etdiyinin şahidi oldum. Hazırda münaqişə zonasında gərginlik azalıb”, - Lebedev Minskdə jurnalistlərə bildirib. 

Onun sözlərinə görə, hər iki ölkədə gərginliyin azaldılması üçün səlahiyyətli qurumlara müvafiq göstərişlər verilib. 

“Biz ümid edirik ki, iki ölkə rəhbəri bu ilk məzmunlu təmasını davam etdirəcək, bu da Dağlıq Qarabağ münaqişəsinin həlli baxımından müsbət nəticələr verəcək”, - Lebedev əlavə edib.(oxu.az)

Reaksiya.az

Şərhlər