Nəcməddin Sadıkov İsrailə rəsmi səfərə getdi

23.10.2018 12:12     Siyasi reaksiya     945

Azərbaycan müdafiə nazirinin birinci müavini - Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov israilli həmkarı general-leytenant Qadi Ayzenkotun dəvəti ilə oktyabrın 23-də Tel-Əviv şəhərinə yola düşüb.

Bu barədə Reaksiya.az-a Müdafiə Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Rəsmi səfər çərçivəsində general-polkovnik N.Sadıkovun İsrailin müdafiə naziri Aviqdor Liberman, Baş Qərargah rəisi Qadi Ayzenkot və digər rəsmi şəxslərlə görüşü, müdafiə sənayesi sahəsində fəaliyyət göstərən müəssisələri ziyarət etməsi nəzərdə tutulub.

Reaksiya.az

Şərhlər